Bakıda 6 marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək
Sabah Bakının Tbilisi prospekti ilə Şəfaət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində aparılacaq yenidənqurma işləri ilə bağlı nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dəyişdiriləcək.
Bu barədə azxeber.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 2, 6, 13, 37, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.
Dəyişikliyə əsasən:
2 nömrəli marşrut (S.Vurğun bağı istiqamətində): Tbilisi pr. ("Grand Hayat" yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. - Abbasqulu ağa Bakıxanov küç. - Cəfər Cabbarlı küç. daha sonra öz xətti üzrə;
6 nömrəli marşrut ("Azadlıq prospekti" m/st istiqamətində): İnşaatçılar pr. – N.Nərimanov küç. – A.Şaiq küç. – İzmir küç. – Tbilisi pr. daha sonra öz xətti üzrə;
13 nömrəli marşrut ("Koroğlu" m/st istiqamətində): Tbilisi pr. ("Grand Hayat" yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – Ak.H.Əliyev küç. daha sonra öz xətti üzrə;
37 nömrəli marşrut ("İçərişəhər" m/st istiqamətində): Tbilisi pr. – Ş.Mehdiyev küç. – Ə.Haqverdiyev küç. – İnşaatçılar pr. – N.Nərimanov küç. daha sonra öz xətti üzrə
65 nömrəli marşrut (Azneft dairəsi istiqamətində): Tbilisi pr. ("Grand Hayat" yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – H.Ələsgərov küç. – Tbilisi pr. - Cəfər Cabbarlı küç. daha sonra öz xətti üzrə;
79 nömrəli marşrut (Mərkəzi Bank istiqamətində): Tbilisi pr. ("Grand Hayat" yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) –C.Məmmədquluzadə küç. – H.Ələsgərov küç. – Tbilisi pr. - Cəfər Cabbarlı küç. daha sonra öz xətti üzrə;

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var