Bakıda ailəli məmur qızının sevgilisi ilə eşq macərası başına bəla oldu - Başqa iki qadınla

Bakıda ailəli məmur qızının sevgilisi ilə eşq macərası başına bəla oldu - Başqa iki qadınlaBakıda kişi 4 qadına qarşı dələduzluq edib. Onlardan üçünü evlənmək adı ilə aldadıb.
KONKRET.azlent.az-a istinadən bildirir ki, Xəyyam Ələkbərov (soyad şərti) özgənin əmlakını ələ keçirmək məqsədilə L. Kazımova ilə tanış olaraq, münasibət qurub. O, qadını ailə qurmaq adı ilə aldadaraq, özünü problemlərini həll etmək üçün Kazımovaya məxsus "Hyundai Genesis" markalı avtomobili lombarda qoyub və 6 min manat pul götürüb. Bunun əvəzində isə özünə məxsus olan BMW markalı avtomobili onun adına keçirəcəyini deyib. Lakin həmin avtomobilin cərimələrini ödəmək adı ilə yenə qadının 1700 manatlıq "iPhone" markalı telefonunu ələ keçirib.
Digər epizodda isə Xəyyam Aliyə adlı qadına özünü çox zəngin biri kimi təqdim edərək, onunla münasibət qurub. Onu da ailə qurmaq adı ilə aldadaraq külli miqdarda pulunu mənimsəyib. Bu məqsədlə Xəyyam qadına məxsus "Lexus LX-570" markalı avtomobili satıb üzərinə özü pul qoyaraq "Porshce Cayenne" markalı avtomobil alacağını deyib. Beləliklə onun 68 min manat dəyərində olan həmin avtomobilini ələ keçirib. Sonra isə yeni alacağı "Porshce Cayenne" markalı avtomobili nömrə almaq və texniki işlərini həll etmək üçün yenidən Aliyədən 17 min manat pul alıb.
Qeyd olunur ki, Aliyənin atası yüksək rütbəli məmurdur. Sonradan Aliyənin evli və 2 uşağının olması Xəyyama məlum olub.
Həmçinin Xəyyam restoranda Leyla adlı qadınla tanış olur və onunla həmin gündən ər-arvad münasibətlərinə başlayır. Onunla münasibəti zamanı Xəyyam "Mercedes-Benz G-630" markalı avtomobil idarə edib. Leyla həmin maşından xoşu gəldiyini və belə maşın almaq istədiyini deyib. Xəyyam ona kömək edəcəyini bildirib və bu məqsədlə qadından ümumilikdə 45 min 900 manat pul alıb. Lakin həmin pulu alacağı avtomobilin sahibinə çatdırmayıb.
Sonuncu epizodda da Xəyyam Leyla adlı zərərçəkəni özünün və ailəsinin çox zəngin olduqlarını deyərək ailə qurmaq adı ilə aldadıb. Bu məqsədlə qadına Yasamaldakı MİDA yaşayış kompleksindən 2 otaqlı ev təşkil edəcəyini vəd verib. Bunun üçün Leyladan 7000 manat pul alıb. Daha sonra guya gömrükdə qalan mallarını ölkəyə keçirmək üçün yenidən Leylanın 13 min manat pulunu ələ keçirib. Əvəzində isə həmin malları şirkətlərə satdıqdan sonra gəlirdən ona da verəcəyini deyib. Həmçinin müxtəlif vaxtlarda qadından göstərilməyən səbəblərlə 1700 və 2000 manat da pul alıb.
Bununla da təqsirləndirilən şəxs zərərçəkənlərə ümumilikdə 162 min 300 manat ziyan vurub.
Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına şikayətləri əsasında Xəyyam Ələkbərov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsilə yekun ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Xəyyam Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə       Tarix: 15 avqust 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

İki gəmiyə dron hücumu: heyətdə 8 Azərbaycan vətəndaşı var

Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının hücumu baş verib. barədə məlumat verib, onlardan biri batıb. report-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Telegraf Agentliyi (BTA) məlumat yayıb. Bir gəmini


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler ən son xəbərlər bugün en yeni xeberler xeber.az son xeberler