Bakıda avtobus 9 maşına çırpıldı
Bakının Yasamal rayonu, Şərifzadə küçəsində "Faiqoğlu" MMC-nin istismarında olan 114 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 052 DQN-lı avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Daşıyıcı şirkətdən verilən məlumata görə, hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
114 nömrəli marşrut üzrə "Daewoo" markalı avtobusu idarə edən sürücü sükana nəzarəti itirərək qarşısında hərəkətdə olan "Volkswagen" markalı maşına çırpılıb. Avtobusun çırpıldığı maşın "Opel" və "Chevrolet"ə dəyib. Daha sonra ardıcılıqla "Toyota" markalı minik maşını "Qazel"ə çırpılıb. "Qazel" ardıcılıqla hərəkətsiz vəziyyətdə dayanan minik maşınlarına çırpılıb. Qəza nəticəsində ümumilikdə 8 minik maşını, 1 yük avtomobili və sərnişini avtobusuna ciddi ziya dəyib. Hadisə zamanı "Opel" və "Chevrolet"də olan iki sərnişin xəsarət alıb.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq