Bakıda azyaşlı övladına ağır işgəncə verən ana saxlanıldı - Hadisənin şok təəfərrüatı
"Döyülən uşağın vəziyyəti kafidir, lakin onun bütün bədəni uzun müddətdir verilən işgəncələrin izi ilə doludur".
azxeber.com xəbər verir ki, bunu "Qaynarinfo"ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə anası tərəfindən işgəncələrə məruz qalan uşaqdan danışarkən deyib.
Sədr uşağın tibbi ekspertizadan keçirildiyini vurğulayıb:
"Uşağa psixoloji, tibbi, hüquqi yardım göstərilib. Əminəm ki, yaxın zamanlarda ana barəsində həbs qətimkanı tədbiri seçiləcək".
Sədrin sözlərinə görə, uşağın anası tərəfindən işgəncələrə məruz qalması ilə bağlı videoları ona dayəsi göndərib:
"Uşağı üç ildir saxlayan dayə bizə zəng edib bildirdi ki, 2024-cü ilin dekabrında anası uşağı bir neçə günlük aparıb. Ondan sonra uşağı dayənin yanına gətirməyib və hər dəfə telefon açıb, uşağa verdiyi işgəncələri göstərib, yaxud da faktla bağlı videolar göndərib. Dayə yalvarıb ki, belə etmə, uşaq yazıqdır, ver mən baxım. Lakin onu eşitməyib. Ana deyib ki, "uşağın məni eşitməməsinə səbəbkar sizlərsiniz". Üç gün bundan əvvəl ana dayəyə zəng edərək deyib ki, uşaq sözümə baxmadığına görə, onu kəmərlə döydüm. Onu soyuq havada küçəyə atıb".
Sədr bütün bunlardan sonra həmin görüntüləri hüquq-mühafizə orqanlarına göndərib:
"Qadın gizlənirdi. Axır ki, hüquq-mühafizə orqanlarının səyi nəticəsində ananın Suraxanı rayonu ərazisində olduğu aşkarlanıb. "Mələk üçün susma" kampaniyası başlatmışıq. Düşünürəm ki, uşaqların müdafiəsi bir quruma şamil olunmalıdır".
Qeyd edək ki, Bakıda ana azyaşlı övladına ağır işgəncələr verib və onu videoya çəkib. Ana sonra həmin videoları uşağın dayəsinə göndərib.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır