Bakıda azyaşlıya qarşı xuliqanlıq edən qızlar saxlanıldı
"Sosial şəbəkələrdə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri ilə müşayət olunan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb".
Open.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, mayın 14-də Xətai rayonu Vunq Tau küçəsində 16 yaşlı Z.Musayevanı naməlum şəxslər xüliqanlıq zəminində döyüblər. Həmin görüntülər onlara məxsus "Instagram" hesablarında onlayn formada yayımlanıb.
BŞBPİ və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinənlər – İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimli, Bakı şəhər sakinləri, 2001-ci il təvəllüdlü Günel Qədirli, 2002-ci təvəllüdlülər – Lalə Məmmədova, Astara rayon sakini Safiya Quliyeva müəyyən olunub.
Onlar ilkin ifadələrində törətdikləri əməli etiraf edərək peşiman olduqlarını bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsilə cinayət işi açılıb. Şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.
Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib