Bakıda binada yanğın - 27 nəfər təxliyə edildi
Fövqəladə Hallar Nazirliyinin "112″ qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, A.Cəlilov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çoxmənzilli yaşayış binasının şaxtasındakı elektrik naqillərində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində elektrik naqillərində baş vermiş yanğın qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən 6-sı azyaşlı olmaqla 27 bina sakini təxliyə edilib.
Xəsarət alan yoxdur.
Turlar.az [newsid: 0-123300]

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
Ağdamda traktor minaya düşdü