Bakıda binadan qopan beton parçaları təhlükə yaratdı - FOTO
Bakıda binadan qopan beton parçaları təhlükə yaratdı - FOTO
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən beşmərtəbəli binanın fasadında beton parçalarının asılı vəziyyətdə qalması ətrafdan keçək sakinlər üçün təhlükə yaradıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, 20 may 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə təhlükə ilə bağlı məlumat daxil olub.
Hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli binanın 5-ci mərtəbəsində fasad hissədə beton parçaları qoparaq asılı vəziyyətdə qalmaqla, ətrafdakı insanlar üçün təhlükə törədir.
Xilasedicilər hadisə yerini təhlükəsizlik lenti ilə çəpərləyib və düşmə təhlükəsi olan beton parçalarını müvafiq qaydada götürüb kənarlaşdıraraq sakinlərin təhlükəsizliyini təmin ediblər.






Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"
Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"