Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda bu məhsullar bahalaşdı2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb.
KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, cari ilin avqust ayında istehlak qiymətləri iyul ayına nisbətən 0,2 faiz, 2025-ci ilin avqust ayına nisbətən isə 5,7 faiz artıb.
Avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq və yulaf yarması, mal və qoyun əti, təzə balıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, albalı, gilas, ərik, saftalı, çiyələk, ağ kələm, göyərti, pomidor, sarımsaq və soğanın qiymətləri bahalaşıb, makaron məmulatları, kərə yağı, banan, alma, armud, gavalı, qarpız, yemiş, üzüm, qoz, fındıq, xiyar, şirin bibər, badımcan və kartofun qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin avqust ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,7 faiz artıb. Avqust ayında əvvəlki ayla müqayisədə divar kağızı, kərpic, alçı lövhə, elektrik avadanlıqları, şəxsi gigiyena vasitələri və zərgərlik məmulatlarının qiymətləri bahalaşıb, yay geyimləri, yuyucu və təmizləyici vasitələr, fərdi və planşet kompüterlərin qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,0 faiz təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə istirahət turlarının və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sosial       Tarix: 11 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Elvin Əlizadəyə yüksək vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub. Elvin Əlizadə qurumun Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, E.Əlizad

ADY-dən həmin sərnişinin şikayətinə CAVAB

Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt qatarlarından istifadə edən bir qadın sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycan Dəmir Yollarının (ADY) qatarların hərəkət cədvəli ilə bağlı qərarından narazılığını bildirib. Vətənda

Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb

Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb. 2025-ci il təvəllüdlü uşağın taxtdan yıxılaraq ağır kəllə-beyin travması aldığı bildirilir. Azyaşlı kəllə sümüyünün deformasiyaya uğraması diaqnozu ilə Şirvan xəstəxanasın

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətin

"Bunun pis tərəfi odur ki, insan beyninin işğal edildiyini anlamır" - Hacıbəy Heydərli

İdeoloji işğalın ən təhlükəli tərəfi budur ki, insan bir müddət sonra işğal altında olduğunu özü də hiss etmir. Müqavimət ruhu zəifləyir, milli kimlik arxa plana keçir, tarixi yaddaş silinir və cəmiyyət öz keçmişinə yadlaşmağ

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illi

Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır

Azərbaycanla Qazaxıstan arasında "Transxəzər Fiber-Optik Rabitə Xətti"nin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır. Bu barədə Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib. Tərəflər artı

40 yaşlı kişinin evindən meyiti tapıldı

Gəncədə 40 yaşlı kişinin meyiti tapılıb. Hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb. Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Ramal Novruzlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti ailəsi tərəfində

İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə

Bəzən bir insanın sizə qarşı münasibətini sözlərindən deyil, davranışlarından anlamaq mümkündür. Xüsusilə gündəlik ünsiyyətdə bəzi kiçik detallara diqqət yetirməklə qarşı tərəfin sizdən uzaq durmağa çalışdığını hiss etmə


yeni xeberler azerbaycan xeberleri son xeberler xabarlar valyuta mezennesi 2026 bu gune olan xeberler valyuta mezennesi