Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı

Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdıYaponiyada 2025-ci ildə qeydə alınan intiharların sayı rekord həddə düşsə də, yeniyetmələr arasında bu rəqəm artmaqdadır və qeydlər başladığı vaxtdan bəri ən yüksək səviyyəyə çatıb.
KONKRET.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin baş katibi Minoru Kihara keçirdiyi mətbuat konfransında bildirib.
O, Yaponiyada intiharın qarşısının alınması həftəsi münasibətilə vəziyyətin son dərəcə ciddi olaraq qaldığını vurğulayıb: "Keçən il intiharların sayı qeydə alınan ən aşağı göstərici olub. Lakin ibtidai, orta və lisey şagirdləri arasında bu halların sayı rekord həddə çatıb".
Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə 19.188 intihar hadisəsi qeydə alınıb – 1980-ci ildə statistika aparılmağa başlandıqdan bəri ilk dəfə bu rəqəm 20.000-dən aşağı düşüb. Bundan əlavə, yetkinlik yaşına çatmayanlar arasında intiharların sayı ardıcıl ikinci ildir ki, artaraq 1082-yə çatıb. 2025-ci ildə ibtidai, orta və lisey şagirdləri arasında 538 intihar hadisəsi qeydə alınıb ki, bu da yeni rekord göstəricidir.
Kihara bildirib ki, ölkə hakimiyyəti psixi sağlamlıq, sosial müdafiə və məşğulluq yardımını birləşdirərək məsləhət və hərtərəfli dəstək sistemini genişləndirməyə davam edir.
"Uşaqlar və gənclər arasında intiharın qarşısının alınması baxımından, biz sosial media və ehtiyacı olan uşaqların və gənclərin erkən müəyyən edilməsinə yönəlmiş proaktiv dəstək vasitəsilə məsləhət xidmətlərini genişləndiririk", – o izah edib.
Nazirlər Kabinetinin katibi əlavə edib ki, Yaponiyada intiharın qarşısının alınması həftəsi çərçivəsində bu mövzuda maarifləndirmə səyləri gücləndiriləcək və hökumətin Yaponiyada "heç kimin intihara meyl etmədiyi" bir cəmiyyət yaratmaq üçün əlindən gələni edəcəyinə söz verib.lent.az

Hadisə       Tarix: 11 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

AzTV-nin sabiq idarə rəisi vəfat etdi 

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kadrlar idarəsinin sabiq rəisi Mansur Bayramov dünyasını dəyişib. xəbər verir ki, bu barədə onun iş yoldaşları məlumat yayıb. Qeyd edək ki, Mansur Bayramov AzTV-də 30 ildə

Tanınmış həkim həbs olundu

Tanınmış stomotoloq Zeynalabdin Allahyarov həbs olunub. bildirir ki, -ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov 2 il müddətinə azadlıqda

Qayınanasının qızıllarını oğurlayıb nişanlısına "İphone 17" aldı - Bakıda film kimi cinayət

Bakıda 2003-cü il təvəllüdlü gənc elçi getdiyi qızın anasının qızıllarını oğurlayıb. xitab24-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib. Araşdırmalar nəticəsində hadisəni 2003-cü il təvəllüdl

Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı

Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırıb. -a istinadla xəbər verir ki, hadisə rayonun Cavad kəndində qeydə alınıb. Hadisə bu gün səhər saatlarında baş verib. Qeyd edək ki, ötən ay da eyni kənddə oxşar hadisə baş vermiş

Qazaxda yol qəzasında 3 nəfər ölüb, xəsarət alanlar var - FOTO

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını il

Bakıda polis əməkdaşı vəfat etdi

Azərbaycanda polis əməkdaşı vəfat edib. KONKRET. -a istinadən xəbər verir ki, Şərur rayon, Maxta kəndindən olan polis serjantı Elvin Qabil oğlu Abbasov səhhətində yaranmış problem səbəbindən Bakı şəhərində vəfat edib. E.Abbaso

Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında köhnəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosndə qeydə alınıb. Belə ki, hərəkətd

Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin FOTOLARI

Noyabrın 17-də saat 15 radələrində Bakının Binəqədi rayonu ərazisində 23 yaşlı qadın qətlə yetirilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətlə yetirilən qadın Gülarə Mehdiyevadır. Onun rəssamlıq fəaliyyət

Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu

Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib. xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, interpolun Azərbaycan Respublikasındak


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun en sonxeber bugun xeberler kriminal bugun