Bakıda dəhşət: kişi avtomobildə dostunu doğradı - QISQANCLIQ CİNAYƏTİ

Bakıda dəhşət: kişi avtomobildə dostunu doğradı - QISQANCLIQ CİNAYƏTİBakı Ağır Cinayətlər Məhkəməsində mayın 19-da Şüvəlan qəsəbəsində yerləşən «Halva» restoranının qarşısında "Ford" markalı avtomobildə dostunu bıçaqlayan 1989-cu il təvəllüdlü Emil Rəsulovun məhkəməsi başa çatıb.
azxeber.com xəbər verir ki, Nicat adlı dostunu avtomobilin sükanı arxasında 9 dəfə bıçaqlayan şəxs Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə məlum olub ki, Emil və Nicat yaxın dost olublar. 2019-cu ildə Emil Nicatla birgə avtomobilini təmir sexinə aparıb. Həmin vaxt Nicat işinin olduğunu deyərək uzaqlaşıb. Bir neçə dəqiqə sonra isə Emilin həyat yoldaşı zəng edərək Nicatın onlara gəldiyini, qapını döydüyünü bildirib. Qadının qapını açmadığını görən Nicat həmin vaxt dostunun evindən uzaqlaşıb. Bundan sonra Emil dərhal Nicatgilin evinə gedib və nə üçün ailəsini narahat etdiyini soruşub. Həmin vaxt Nicatla Emil arasındakı mübahisə aradan qaldırılıb və onlar bir-birləri ilə əlaqəni kəsiblər.
Lakin Emil həmin hadisəni unutmayıb və qısqanclıq zəminində ailədə mübahisələr yaradıb. O, həyat yoldaşından təkrar-təkrar Nicatın onların evinin qapısını niyə döyməsini soruşub və həyat yoldaşının heç bir günahının olmadığına əmin olub.
Hadisədən 3 il sonra, yəni 2022-ci ilin may ayında Emil Nicata zəng edərək onunla görüşmək istədiyini bildirib. Nicat Emilin dediyi yerə gəlib və ona məxsus "Ford" markalı avtomobilin ön oturacağına əyləşib. Emil 3 il əvvəlki hadisəni xatırladaraq Nicata "Sən mənim ailəmə sataşmaq istəmisən" deyib və bıçaqla Nicata 9 dəfə zərbə endirib. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Hadisə vaxtı Emilin maşınında başqa şəxs də olsa da, o, sonradan cinayət məsuliyyətindən azad edilib
Məhkəmədə zərərçəkmiş şəxs kimi ifadə verən Nicat Quliyev 2019-cu ildəki hadisə vaxtı Emilin evinə adapter götürmək üçün getdiyini və dostunun onu yanlış anladığını deyib. Emil isə Nicatın həmin vaxt onun evdə olmadığını bildiyi halda vaxt qapısını döyməsini irad tutub.
Məhkəmədə Nicat Emildən şikayətçi olmadığını, onunla barışdığını bildirib.
Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Emil Rəsulov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
news24.az

Sosial       Tarix: 11 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son xeber son xeberler azerbaycan en son xeberler bu gun