Bakıda elektrovoz mikroavtobusla toqquşdu - Hadisə yerindən görüntülər

Bakıda elektrovoz mikroavtobusla toqquşdu - Hadisə yerindən görüntülərBakıda yüksək sürətlə hərəkətdə olan mikroavtobus dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) azxeber.com-a bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Vito" markalı mikroavtobusun dəmir yolu xətti ilə hərəkətdə olan qatarla toqquşması nəticəsində qəza hadisəsinin baş verdiyi və avtomobildə olan sürücü və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mikroavtobusda sıxılı vəziyyətdə qalan 2001-ci il təvəllüdlü Sərxan Taleh oğlu Rüstəmovu və 1954-cü il təvəllüdlü Püstəxanım Baba qızı Məmmədovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
08:29
Daha bir sürücü diqqətsizliyi dəmiryol xəttində qəzaya səbəb oldu
Bu gün saat 02:30-da "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan "Mercedes Vito" markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.
ADY-dan azxeber.com-a verilən ilkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və yaralılar xəstəxanaya yerləşdiriliblər.
ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır:
"Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar".
07:43
Bakının Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb.
azxeber.com APA-ya istinadən bildirir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Sərxan Rüstəmov idarə etdiyi maşınla dəmiryol keçidindən keçərkən qatara çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin 1954-cü il təvəllüdlü Püstəxanım Məmmədova ağır xəsarət alıb.
Avtomobilin sürücüsü S. Rüstəmov hər iki ayaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Dəmiryol Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Sosial       Tarix: 21 oktyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber azerbaycan son xeber bugun axsam.az xeberler valyuta mezennesi 2026