Bakıda ər arvadını vəhşicəsinə döydü
Bakıda döyülmə hadisəsi baş verib.
Open.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Buzovna qəsəbəsi, "Albalılıq" adlanan ərazidə ailə münaqişəsi zəminində 1982-ci il təvəllüdlü Allahverdiyeva Sahibə Vaqif qızı həyat yoldaşı, 1982-ci il təvəllüdlü Mirzəyev Şərif Hüseynxan oğlu tərəfindən döyülüb. S.Allahverdiyeva hadisə zamanı baş və üz nahiyələrindən xəsarətlər alıb. Yaralı təcili yardımın koməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.(report)