Bakıda ərini bir mesaja görə baltalayan qadın AZADLIĞA BURAXILDI

Bakıda ərini bir mesaja görə baltalayan qadın AZADLIĞA BURAXILDIQaradağ rayonunun Qızıldaş qəsəbəsində ərinə balta ilə xəsarət yetirməkdə təqsirləndirilən Lalə İmaşova iki illik məhkəmə çəkişmələrindən sonra bu gün azadlığa buraxılıb.
KONKRET.az xəbər verir ki, Lalə İmaşovanın vəkili Altay Mirzəyevin Oxu.Az-a verdiyi məlumata görə, o, CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəmələrinin 27 mart 2024-cü il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilibmiş.
Appelyasiya Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli qərarı ilə onun cəzası 7 il 20 ay 15 günə endirilib.
Bundan sonra Ali Məhkəmənin 05 mart 2025-ci il tarixli qərarı ilə isə Lalə İmaşovanın üzərində qəti olaraq 3 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Lalə İmaşovaya təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin 18.03.2019-cu il təvəllüdlü azyaşlı uşağı, 14 yaşına çatanadək təxirə salınması ilə bağlı müdafiəçisi tərəfindən Sabunçu Rayon Məhkəməsinə müraciət olunub.
Sabunçu Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərarı ilə müdafiə tərəfinin ərizəsi təmin edilərək Lalə İmaşova həbsdən azad olunub.
Qeyd edək ki, əri Ceyhun İmaşov Lalə İmaşovanı 2023-cü ilin yanvarın 20-dən 21-nə keçən gecə birgə yaşadıqları evdə, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, qısqanclıq zəminində döyərək çoxsaylı xəsarətlər yetirib.
Lalə İmaşova özünü müdafiə etmək məqsədilə ona balta ilə vuraraq sağlamlığına ağır zərər yetirib. Ona qarşı cinayət məcəlləsinin 29,120.1-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Məlumat üçün bildirək ki, istintaqla müəyyən edilib ki, Ceyhun İmaşov Lalə İmaşovanın mobil telefonunda, "WhatsApp" tətbiqi vasitəsilə naməlum profildən daxil olmuş mesaj görüb və yoldaşını ona xəyanət etməkdə günahlandırıb. Aralarında davam edən mübahisə zamanı qadın dəhlizdən götürdüyü baltanın kəsici hissəsi ilə, qonaq otağında ərinin başına arxadan 2 dəfə zərbə vurub. Ceyhun İmaşov vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.
Onu da qeyd edək ki, aparılmış ibtidai istintaq zamanı Lalə İmaşovanın ərinə xəyanət etməsi təsdiq olunmayıb.

Hadisə       Tarix: 09 aprel 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az cəbhədən son xeber xeber xəbərlər.com