Bakıda ərini qətlə yetirən qadın: 'Oturub xırıltısının kəsilməsini gözlədim' - Təfərrüat

Bakıda ərini qətlə yetirən qadın: 'Oturub xırıltısının kəsilməsini gözlədim' - TəfərrüatPaytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Günay Şıxəliyevanınn cinayət işi üzrə təfərrüatlar məlum olub.
Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ətraflı
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə dindirilən Günay Şıxəliyeva ifadəsində bildirib ki, 1980-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Mahir Şıxəliyevlə ailə həyatı qurub və iki övladları dünyaya gəlib. Əri Yeni Suraxanı qəsəbəsində müxtəlif sexlərdə mebel ustası kimi işləsə də, ailəsini normal dolandırmayıb. Toylarından təxminən 2-3 il sonra Mahir demək olar ki, hər gün spritli içki qəbul edib və tüfeyli həyat tərzi keçirməyə başlayıb. Mütəmadi evə sərxoş vəziyyətdə gəlib onu və uşaqlarını incidib. Onun bu hərəkətlərindən bezən Günay boşanmaq istəsə də atası buna imkan verməyib. 
"Uşaqları nisyə araq almağa göndərirdi. Mağazadan nisyə araq verməyəndə uşaqlara deyirdi ki, nənələrindən, babalarından pul alıb ona araq alsınlar. Artıq onunla yaşamaqdan bezmişdim. Boşanmaq istəyəndə atam dedi ki, uşaqlarına görə döz. Amma dözmək mümkün deyildi. Hadisə günü özümü öldürmək qərarına gəldim. Amma uşaqlar gözümün qabağına gəldi. Fikirləşdim ki, özümü öldürsəm, uşaqlar yenə Mahirlə qalacaq".
Martın 6-da  gecə Mahir yenə içkili vəziyyətdə gələrək mübahisə etməyə başlayıb. Mahir onu yumruqla vurmaq istəyəndə oğlu Fərid araya girərək ona mane olub. Bundan sonra əri oğlunun üzünə yumruqla vuraraq onu yerə yıxıb. Mətbəx bıçağını götürüb oğlunun boğazına sıxıb önu öldürəcəyini deyib. Sonra oğlunu buraxaraq uşlaqlar yatdığı otağa keçib. Oturub siqaret çəkdikdən sonra yerə tüpürərək ondan döşəməni təmizləməsini tələb edib. 
Günay ifadəsinin davamında bildirib ki, aaat 23:00 rədlərində əri olan otağa baxanda onun uzanmış vəziyyətdə əlində telefon meyxanaya qulaq asdığını görüb. Onun yatmadığını görüb təklikdə ona nəsə edəcəyini düşünüb qorxaraq həyətdəki hamam otağından dəmir lingi götürərək evə qayıdıb. O evə girən zaman Mahir onu görməyib. Otağa daxil olan kimi dərhal uzamnış vəziyyətdə olan Mahirin baş nahiyyəsinə iki dəfə zərbə endirib. Ardınca otagın ortasına keçərək hərəkətsiz vəziyyətdə olan yoldaşının baş və bədən nahiyyələrinə ardıcıl zərbələr vurub. Əlləri və otağın divarları qana boyanıb. Mahirin xırıldadığını eşidib zərbələri dayandırıb. Mətbəxdə əllərini yuyub əynindəki paltarları dəyişib. Otağa qayıdaraq işığı yandırmadan oturaraq ərinin xırıldısının tam kəsilməsini gözləyib. Bir neçə saatdan sonra əllərinin soyuq olduğunu görərək artıq Mahirin öldüyün başa düşüb. 
Səhər saat 5 radələrində mərhumun telefonunu götürüb 102 xidmətinə zəng edib. Polis əməkdaşları gələndən sonra uşaqlarının atası evinə yola salıb.
Məhkəmə prosesi zamanı Günay Şıxəliyeva ittiham üzrə özünü qismən təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə Günay Şıxəliyeva 9 il müddətinə azadlıqdan məhrum olunub.
///Ölkə.Az

Sosial       Tarix: 01 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az xeber saytlari cebheden xeber son xeberler bugun 2026 canli