Bakıda ev tikintisi dayandırıldı: İnşaat obyektləri bağlanır

Bakıda ev tikintisi dayandırıldı: İnşaat obyektləri bağlanırXəbər verdiyimiz kimi, oktyabr ayının 1-dən kommunal istiqamətdə qanunvericiliklə bağlı ciddi dəyişiklik oldu.
Bundan sonra işıq, qaz və su şəbəkələrinə qoşulmaq yalnız sənədləri qanunvericiliyin tələbinə tam olaraq uyğun olan tikililər üçün mümkün olacaq. Yəni hansı tikililərin və ya fərdi yaşayış evlərinin sənədləri qaydasında olmasa, işıq, qaz, su şəbəkələrinə qoşulmasına icazə verilməyəcək.
Maraqlıdır, bu qərardan sonra Bakıda fərdi həyət evlərinin tikintisi azala bilər?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikinti materialları bazarı indiyə kimi daha çox fərdi həyət evləri üçün satışla məşğul olurdu:
"Artıq Bakı və Abşerondakı fərdi həyət evlərinin sayı yüz minlərlədir, hətta milyona yaxındır. Bunların sayı artıqca, istər-istəməz tikinti materiallarının yerli istehsalına da tələbat artırdı. Fərdi həyət evlərinin tikintisi üçün qanuni tələb olunan çıxarışlı torpaqların sayı məhdud olduğuna görə vətəndaşlar sənədi olmayan torpaq sahələrini də tuturdular.
Çünki onların həm qiyməti ucuz idi, həm də çıxarışlı torpaqların sayı onsuz da az idi. Yeni qərarın qəbul olunmasından sonra sənədsiz fərdi həyət evlərinin tikintisi demək olar ki, dayanacaq. Çünki vətəndaş ev tiksə də, ona kommunikasiya xətləri çəkə bilməyəcək. Nəzərə almaq lazımdır ki, bunlar artıq birmənalı olaraq qadağan olunub.
Hətta hansısa formada bu işə əl atan vətəndaş olsa, məsuliyyətə cəlb olunacaq".
Ekspert qeyd edib ki, yeni qanunun qəbul olunması əmlak bazarındakı ucuz mənzillərin də sayını azaldacaq:
"Çünki ən ucuz mənzillər çıxarışı olmayan fərdi həyət evləri ərazilərində idi. Təxminən həmin evlərin qiyməti 30-35 min manatdan başlayırdı. Təbii ki, yaxın gələcəkdə o qiymətlərə ev olmayacaq. Bu, həm evlərin qiymətini, həm çıxarışlı torpaqların, həm də tikinti materiallarının qiymətini artıracaq. Həmçinin, tikinti materialları satan dükanların da satışı kifayət qədər azalacaq".

Sosial       Tarix: 16 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy


azerbaycan xeberleri yeni xeberler son xeberler havanın temperaturu valyuta mezennesi 2026 xəbər.az son xeberler bugun 2026 azerbaycan