Bakıda faciəli şəkildə ölən alim Azərbaycana buna görə gəlibmiş - TƏFƏRRÜAT
Bakıda yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən türkoloq alim Arif Acaloğlunun Türkiyədən Azərbaycana gəlişinin səbəbi məlum olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "Əhməd Ağaoğlu və Türk dünyası" mövzusunda bu gün keçirilən beynəlxalq elmi konfransa dəvət olunub.
Beynəlxalq konfrans bu gün saat 11-də başlayıb və bu dəqiqələrdə başa çatıb. Faciəli şəkildə vəfat edən alimin tədbirdə məruzə ilə çıxışı gözlənilirmiş.
AMEA prezidenti İsa Həbibbəyli A.Acaloğlunun faciəli vəfatı ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb və onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AMEA-nın alimləri ilə yanaşı Türkiyədən dəvət olunmuş daha bir alim iştirak edib.
Qeyd edək ki, İstanbul Mərmərə Universtitetinin müəllimi, türkoloq alim Arif Acaloğlu Türkiyədən Azərbaycana qayıdan zaman Bakıda faciəli şəkildə vəfat edib. Noyabrın 15-i saat 23:30-da Bakı Olimpiya Stadionunun yaxınlığında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdirildiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi