Bakıda gənc qızları 50 manata satan qadına cinayət işi açıldı
Bakıda gənc qızları fahişəliyə cəlb edən qadına cinayət işi açılıb.
KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, A.Ömərova Cinayət Məcəlləsinin 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham olunur.
İş üzrə zərərçəkmiş qismində 33, 21, 31 və 25 yaşlarında olan dörd qız var.
Əldə etdiyimiz məlumata görə, 29 yaşlı A.Ömərova öz cinayətkar fəaliyyətini "WhatsApp" tətbiqi vasitəsilə həyata keçirib. Belə ki, o, həmin şəbəkə vasitəsilə gənc qızları 50 manat qarşılığında kişilərlə görüşdürüb. Bu görüşlər müxtəlif ünvanlarda baş tutub.
Məhkəmənin qərarı ilə A.Ömərova barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı davam edir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır