Bakıda görünməmiş dələduzluq: Tanışının telefonu oğurladı, anasına yazdı
Bakıda görünməmiş dələduzluq cinayəti baş verib.
KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Kənan Ziya oğlu adlı şəxs "Okean Pub"da əvvəldən tanıdığı Şövqi Hüseyn oğluna məxsus "İpjone 13" markalı telefonu ələ keçirib.
Kənan bununla kifayətlənməyərək həmin telefonla "WhatsApp" tətbiqi vasitəsi ilə Şövqinin anasına mesaj yazaraq guya avtoqəza törətdiyini və ona 1000 manat pul göndərməsini istəyib. Şövqinin anası da mesajın oğlu tərəfindən yazıldığını güman edərək deyilən məbləği Kənanın göndərdiyi bank kartına köçürüb.
Bir qədər keçəndən Şövqi anası ilə danışaraq Kənanın ona məxsus telefonu ələ keçirdiyini bildirib. Qadın söhbət zamanı Kənanın onun adından pul aldığını da öyrənib.
Kənanın bu hadisədən sonra da cinayət törətdiyi və həbs edildiyi bildirilir. Həmin vaxt yazıda bəhs etdiyimiz cinayətin üstü açılıb. Kənana qarşı Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Xətai Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə baxılıb. Kənan məhkəmədə verilmiş ittiham üzrə özünü tam təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq