Bakıda həyat yoldaşı ilə barışmaq istəyən şəxs özünü YANDIRDI - Bıçaqlananlar var

Bakıda həyat yoldaşı ilə barışmaq istəyən şəxs özünü YANDIRDI - Bıçaqlananlar varBakının Sabunçu rayonunda ailə məişət zəmnində dava zamanı iki nəfər bıçaqlanıb və bir nəfər özünü yandırıb.
KONKRET.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, Hacıyev Əfqan Xanlar oğlunun həyat yoldaşı ailədaxili münaqişə zamanı evdən çıxaraq anasının yaşadığı Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən evə gəlib.
Ə.Hacıyev barışmaq məqsədilə qaynanasının yaşadığı ünvana gəlib. Lakin qaynana 1969-cu il təvəllüdlü Xanım Xalıqova qızının boşanmağını təklif edib.
Bundan hiddətlənən Ə.Hacıyev əvvəlcə benzin içib daha sonra öz üzərinə tökərək yandırıb. Bunu eşidən Ə.Hacıyevin qardaşı Rüfət Hacıyev sözügedən ünvana gəlib. O, qardaşının yanıq xəsarətləri aldığını görüb əvvəlcə Xanım Xalıqovaya iki bıçaq zərbəsi vurub.
Bundan sonra R.Hacıyev X.Xalıqovanın qardaşı 1963-cü il təvəllüdlü Rüstəm Babayevə də bıçaq zərbəsi vurub. Bıçaqlanan şəxslər 3 nömrəli xəstəxanaya yerləşdirilib.
Özünü yandıran Ə.Hacıyev 2-ci dərəcəli yanıq diaqnozu ilə Yanıq Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. APA

Hadisə       Tarix: 08 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun kriminal hava haqqinda havanın temperaturu