Bakıda I sinfə qəbulla bağlı 45 930 elektron müraciət daxil olub
Avqustun 26-na (saat 17:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 45 930 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.
Bu barədə azxeber.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 8 124 elektron müraciət operativ şəkildə cavablandırılıb.
Daxil olan müraciətlərdən 1 549-i məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1 258-i onlayn Alternativ qeydiyyat mərkəzlərində ("WhatsApp"müraciətləri), 5 317-i sistemin "Əlaqə" bölməsində cavablandırılıb.
Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var