Bakıda iş adamının 2 villasından yarım milyon manat oğurlandı
Bakıda iş adamına məxsus iki villa qarət olunub.
KONKRETA.azoxu.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Bakı şəhər sakini Ədalət Alışova məxsus iki ədəd ikimərtəbəli villa tanışı tərəfindən qarət edilib.
Məlumata görə, Ə.Alışov özü orada yaşamadığı üçün həmin villaları əvvəlcədən tanıdığı şəxsə həvalə edib.
2024-cü ilin noyabrından 2025-ci ilin mart ayına qədər olan müddətdə Ə.Alışov tanışına inanaraq evləri ona yaşamaq üçün həvalə edib. Həmin şəxs isə bu müddət ərzində villaların daxilində olan bütün əşyaları oğurlayaraq satıb.
Belə ki, evdə yaşayan şəxs oradan dəyəri 11 000 manat olan yeddi ədəd kondisioner, bir evdən 5 760 manat, digər evdən 2 560 manatlıq laminat, 6 500 manatlıq yeddi ədəd televizor, digər evdən 4 000 manatlıq dörd ədəd televizor, 68 000 manatlıq 40 ədəd çilçıraq, 14 000 manat dəyərində 20 ədəd vaza və digər bahalı əşyaları oğurlayıb. Həmin şəxs ümumilikdə mənzillərdən 292 min 574 manatlıq əşya oğurlayıb.
Bununla yanaşı o evdən ümumi dəyəri 213 min manat olan mebel və digər məişət əşyalarını söküb daşımağa cəhd edərkən yaxalanıb.
Ev sahibinin müraciətindən sonra hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı evə nəzarət edən şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanılıb. / konkret.az

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi