Bakıda istismar müddəti bitmiş minlərlə bina var - Söküntülər mənzilləri bahalaşdıracaq?

Bakıda istismar müddəti bitmiş minlərlə bina var - Söküntülər mənzilləri bahalaşdıracaq?Bakıda köhnə binaların sökülməsi əmlak bazarında alıcı qüvvəsini artırır, həmçinin, vətəndaşların mənzillərinin dəyərini də artırır.
Bu barədə Trend-in suallarını cavablayarkən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O qeyd edib ki, 2016-cı ildən başlayaraq Bakıda istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların söküntüsü başlayıb.
"Bugünədək köhnə çoxmənzilli yaşayış binaları sökülüb yeni binalarla əvəzlənib. Bir çox qəzalı vəziyyətdə olan fərdi yaşayış massivləri sökülüb. Bu proses hələ də davam edir. Hazırda Bakıda minlərlə istismar müddətini bitirmiş köhnə çoxmənzilli bina və 100-dən artıq qəzalı kimi qeydə alınan köhnə yaşayış binası var. Ümumən Bakıdakı çoxmənzilli yaşayış binalarında aidiyyəti qurumlar tərəfindən monitorinqlər aparılarsa, təbii ki, qəzalı vəziyyətdə olan binların sayı daha çox olar. Həmin binaların sökülməsi əmlak bazarında alıcı qüvvəni, həmçinin, vətəndaşların mənzillərinin dəyərini daha da artırır", - deyə o bildirib.
Ekspert əlavə edib ki, vətəndaşın köhnə mənzili sökülüb yenisi ilə əvəz olunanda onun dəyəri əvvəlki mənzildən ikiqat çox olur.
"Köhnə binaların söküntü dairəsi genişləndikcə kirayə bazarında da qiymət artımı yaranır. Zamanla Bakıda köhnə mənzilli kirayə evlər sıradan çıxır və bu proses davam edəcək. Onlar yeni tikili binalarla əvəz edildikcə qiymətləri də artacaq", - deyə E.Fərzəliyev vurğulayıb. / azxeber.com

İqtisadiyyat       Tarix: 30 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun az xeber cəbhədən video cəbhədən xəbərlər