Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək - FOTOLAR
28–30 avqust 2025-ci il tarixlərində Bakıda Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı baş tutacaq.
KONKRET.az xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq. Yarışlar kişi və qadın idmançılar arasında üç yaş kateqoriyası üzrə keçiriləcək: 16 yaşadək yeniyetmələr (30 metr məsafə), 16–18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə). Üç gün davam edəcək çempionata avqustun 28-də saat 10:00-da Bayıl Stadionunda (ASKO Arena, Səbail rayonu) məşq sessiyaları ilə başlanılacaq. Avqustun 29-da sıralama atışları keçiriləcək. Turnirə 30 avqust tarixində 1/4 final mərhələsindən finaladək davam edəcək yarışlarla yekun vurulacaq. Günün sonunda qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.
Federasiya kamandan oxatma idman növünün daha geniş auditoriyaya tanıdılması və bu sahədə maarifləndirmə səviyyəsinin artırılması məqsədilə bütün idmansevərləri yarışları izləməyə dəvət edir. Giriş sərbəstdir.
Tədbirin proqramı və digər yeniliklər barədə ətraflı məlumatı federasiyanın rəsmi sosial şəbəkə hesablarından (@archery.aze) izləmək mümkündür.



Xidmetler [newsid: 0-123300]

Liderlər Bişkekdə toplanır
İlham Əliyev Şavkat Mirziyoyevə məktub göndərdi
Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi
Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF
Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı
"Liverpul"dan transfer BOMBASI
AVRO-2026: Azərbaycan Belçika ilə qarşılaşacaq
12 yaşlı oğlan faciəvi şəkildə öldü
Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
"Ballıqayadakı insanlıq əleyhinə cinayətlərə hüquqi qiymət verilməlidir"
Gecə 6 saatdan az yatırsınızsa, DİQQƏT: Ürəyiniz üçün ciddi risk var
Su götürmək istəyərkən kanala yıxıldı, boğulub öldü - TƏFƏRRÜAT
Əvvəl "Səfir" idi, indi "Abi
Elşad Xosedən yeni paylaşım - FOTO