Bakıda keçiriləcək AVRO-2020 oyunlarına azarkeşlər buraxılacaq
Avropa çempionatını qəbul edəcək bütün 12 şəhər UEFA-nı stadionlara heç olmasa kiçik sayda azarkeş buraxacaqlarına dair məlumatlandırıb.
Publika.az xəbər verir ki, bəzi şəhərlər yerli sanitar məhdudiyyətləri üzündən hələlik stadion tutumunun yalnız 10 faizini tamaşaçılara ayıracaqlarına təminat veriblər. Lakin bu rəqəm UEFA-nı qane etmir. Fanatların oyunlara buraxılma məsələsinin UEFA-nın 20 aprel Konqresində həllini tapacağı güman edilir.
Təşkilatçılar bu məsələ ilə bağlı qitə futbol qurumuna aprelin 7-dək bilgi verməli idilər. Əks halda, onlar yarışa ev sahibliyi hüququnu itirmə təhlükəsi ilə üzləşə bilərdilər. UEFA prezidenti Aleksander Çeferin çempionat oyunlarının boş tribunalar önündə keçirilməsinə imkan verməyəcəyini açıqlamışdı.
"Daily Mail"in yazdığına əsasən belə qənaətə gəlmək olar ki, hazırda Azərbaycanda kütləvi tədbirlərə tamaşaçıların buraxılmasına qoyulan qadağa Avropa çempionatınadək götürüləcək. Məhz bu səbəbdən, AVRO-2020-nin Bakıdakı oyunları məhdud sayda da olsa, azarkeşlə keçiriləcək.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb