Bakıda köhnə binalardakı mənzillər ucuzlaşacaq - SƏBƏB

Bakıda köhnə binalardakı mənzillər ucuzlaşacaq - SƏBƏBBakıda köhnə binalardakı mənzillər ucuzlaşacaq.
azxeber.com "trend"-ə istinadən xəbər verir ki, yaxın zamanlarda paytaxtda köhnə tikili olan binalarda mənzillərin ucuzlaşacağı proqnozlaşdırılır. Buna səbəb isə bəzi qaydaların tezliklə dəyişdirilməsinin nəzərdə tutulmasıdır.
Belə ki, hazırda mövcud qaydalara əsasən, 1970-ci ildən sonra istifadəyə verilmiş binalarda olan mənzillər həm dövlət ipotekasına, həm də bankların təklif etdiyi daxili ipoteka təkliflərinə yararlıdır.
Əmlak satışı mütəxəssislərinin verdikləri məlumata əsasən, yaxın zamanlarda bu qaydanın dəyişdirilməsi gözlənilir. Bu qaydanın 2000-ci ildən sonra istifadəyə salınmış binalara şamil olunacağı gözlənilir. Belə olan halda isə, köhnə tikililərlə tələbat kəskin azalacaq.
Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov bildirib ki, növbəti ilin birinci yarısında süni şəkildə şişirdilmiş qiymətlərdə ciddi enmələr olacaq. Bu enmələr köhnə tikili binalarda olacaq, amma yeni tikili binalarda qiymətlərin enməsi çətindir. Çünki yeni tikili binalarda alternativ olduqca azdır, yeni binaların tikilməsi üçün ərazi çox azdır və tikinti prosesi də baha başa gəlir. Köhnə binalarla bağlı qiymətlərin azalması qaçılmazdır. Hətta ipotekalarla bağlı qaydalar dəyişməsə belə, köhnə binalardakı mənzillərin qiymətində enmələr baş verəcək, çünki artıq azad olunmuş əraziləmizdə də ciddi tikinti işləri aparılır, vətəndaşlarımız həmin ərazilərə köçürülməsi ilə bu qiymət enməsi daha da sürətlənəcək.
"Bakı şəhərində istismar müddətini bitirmiş 11 minə qədər bina var. Bu mənzillər ipoteka krediti ilə satılması qaydalara əsasən mümkün deyil. Əslində köhnə binalarda mənzillərin qiyməti azalmalı idi. İndiki qiymətlərdən ən azı 50 faiz aşağı olmalıdır. Lakin 2016-cı ildə Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən istismar müddəti bitmiş binaların sökülərək, yerində yeni binaların tikilməsi planlaşdırılır. Bu da köhnə mənzillərin müəyyən qədər bahalaşmasına səbəb oldu, bəziləri fikirləşdi ki, bu mənzilləri alıb saxlamaqla, nə vaxtsa yeni binadan mənzil əldə edəcək, amma bu proses də 10 illiklər ərzində aparılacaq prosesidir.
Sentyabr ayından sonra köhnə binalarda növbəti qiymət artımları baş verdi. Belə ki Rusiyada səfərbərlik elan olunduqdan sonra vətəndaşlar düşündü ki, Rusiyadan Bakıya ciddi axın olacaq və onlar gəlib Bakıdan mənzillər alacaqlar. Müəyyən vəsaiti olan vətəndaşlarımız da köhnə mənzilləri almağa başladı ki, Rusiyadan gələnlərə bu mənzilləri daha baha qiymətə satıb mənfəət götürsün. Lakin belə olmadı, Rusiyadan Azərbaycana ciddi axın gəlmədi, əksinə Rusiyada biznesi olan azərbaycanlılar, özləri Azərbaycanda olan əmlaklarını satırlar. Ona görə ki, həmin şəxslər Rusiyada ziyan görmüş bizneslərini xilas etməyə çalışırlar", - deyə o əlavə edib.

Sosial       Tarix: 29 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az ən son xeberler azerbaycan son xeber bugun cəbhədən son görüntülər