Bakıda konsert verən İrem Derici: "Bir azərbaycanlı ilə evlənəcəm"

Bakıda konsert verən İrem Derici: "Bir azərbaycanlı ilə evlənəcəm"Türkiyənin sevilən pop ulduzu Bakıda iki saat boyunca sevənləri üçün oxuyub
Open.az xəbər verir ki, 27 dekabrda "Elektra Events Hall" səhnəsində gerçəkləşən iki saatlıq konsert proqramında üç minə yaxın izləyici olub.
Konsertdən öncə jurnalistlərlə görüşən İrem Derici "Burada mənə evlilik təklif edən olsaydı Bakıda qalardım" - deyib:
"Daha öncəki səfər planım təşkilatçılar arasında yaranan bəzi konfliklərə görə təxirə salınmışdı, amma bu gün burdayam və şükür qovuşdurana deyirəm. Bu dəfə inanılmaz bir güclə gəlmişəm, gəlib çatana qədər də hədsiz çox dualar etdim ki, yenə bir problem çıxmasın. Bakıya ən son dörd il öncə gəlmişdim, o zamandan bəri kifayət qədər dəyişib şəhər. Hədsiz səliqə-səhman, düzən var burada, çox xoşuma gəlir. Düzdür bu dəfə şəhəri yaxşı gəzə bilmədim, amma növbəti gəlişimdə bunu mütləq edəcəyəm. Burada dostlarım da var və istəyirəm bir dəfə də ancaq gəzmək üçün gəlim Bakıya. Son albomda gənc müğənni Aysunun "Yazsın mənə" mahnısı var. Bəlkə, növbəti gəlişimdə o mahnıya Bakıda klip çəkdirdim. Ümumiyyətlə, burada varsa mənə görə bir qismət gəlim Azərbaycanlı gəlini olum", deyə pop ulduz Azərbaycanlı kişilərə mesaj ötürüb.
İfaçı özünəməxsus səhnə performansı və canlı orkestrının müşaiyyəti ilə tamaşaçılar tərəfindən bir çox sevilən mahnıları - "Zorun ne sevgilim", "Aşkımız olay olacak", "Tek tabanca", "Acemi balık", "Bazı aşklar yarım kalmalı", "Aşk eşitdir biz", "Kalbimin tek sahibine" və sair kimi mahnılarını ifa edib.
İfaçı "Aşk eşitdir biz" mahnısını oxuyarkən tamaşaçılar arasında yer alan oğlan sevgilisinə evlilik təklifi edib. Bunu görən müğənni onları səhnəyə dəvət edib. Oğlan evlilik təklifini səhnədə də təkrarlayıb.
Qeyd edək ki, konsertin təşkilatçılığı "Kirli Kedi" və "Atlantis" şirkətlərinə, prodüserliyi isə Vüqar Azəroğluna məxsusdur.
Bakıda konsert verən İrem Derici: "Bir azərbaycanlı ilə evlənəcəm"Bakıda konsert verən İrem Derici: "Bir azərbaycanlı ilə evlənəcəm"Bakıda konsert verən İrem Derici: "Bir azərbaycanlı ilə evlənəcəm"

Şou Biznes       Tarix: 29 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler ən son xəbərlər bugün en yeni xeberler xeber.az son xeberler