Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində kütləvi davada adam öldürməkdə təqsirləndirilən Orxan Binnətov, İlkin Xəlilli və Vüqar Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Open.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu, 9-cu mikrorayon, Bəhlul Səttarzadə küçəsində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Əkbərov Ziyad Əfqan oğlu və 1988-ci il təvəllüdlü Anar Tağıyev bıçaqlanıb. Z.Əkbərov yaralı vəziyyətdə A.Tağıyevi özünə məxsus avtomobilə mindirərək xəstəxanaya aparıb. Lakin A.Tağıyev avtomobildə qan itirmədən dünyasını dəyişib. Z.Əkbərov isə ayağından bıçaqlandığı üçün cərrahi əməliyyat olunub.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib. Yaralı Z.Əkbərovun ilkin izahatı alınıb.
O bildirib ki, ölən şəxs onu taksi sürücüsü kimi çağırıb. Z.Əkbərov ünvana çatdıqda isə A.Tağıyevin bir neçə nəfər tərəfindən döyülərək bıçaqlandığını görüb. Xilas etmək istəyərkən o da xəsarət alıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən O.Binnətov, İ.Xəlilli və V.Babayev saxlanılıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib