Bakıda "Landmark" sahibinin ölkədən çıxışı yasaqlandı
"Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Müdüroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının ölkədən çıxışına "stop" qoyulması xəbəri var.
azxeber.com qaynarinfo-ya istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Eran Müdüroğlu barəsində məhkəməyə xüsusi icraat qaydasında müraciət edib.
İdarə məhkəmədən Eran Müdüroğlunun Azərbaycandan çıxışının məhdudlaşdırılması tələbi ilə çıxış edir. İş hazırda apellyasiya mərhələsindədir. Ziya Şirinov iş üzrə hakim təyin edilib. Eran Müdüroğlu kiprli iş adamı, mərhum Sami Efruz Müdüroğlunun övladıdır. Sami Efruz Müdüroğlu Bakıda fəaliyyət göstərən "Landmark" Biznes Mərkəzinin sahibi olub. O, hələ sağ ikən "Landmark"ın idarəçiliyini oğlu Erana vermişdi.
Eran Müdüroğlunun xanımı Nərgiz Nəsrullayeva isə 2001-2007-ci illərdə Hesablama Palatasının sədri olmuş Namiq Nəsrullayevin qızıdır. Nərgiz Nəsrullayeva bu yaxınlarda Azərbaycanı tərk edib. Mediada gedən məlumatlarda onun ölkəni tərk etməsi Müdüroğlu ailəsinin Bakıdakı biznesinin vəziyyəti ilə izah edilir. Bəzi iddialara görə, Müdüroğlu ailəsinin biznesi çöküş dövrünü yaşayır. Onların külli miqdarda vergi borcunun yarandığı iddia edilir. Nərgiz Nəsrullayeva ölkədən getməsinin səbəbləri barədə danışmaq istəməyib.
O, Azərbaycandan gedənə qədər Dövlət Neft Fondunda çalışıb.
Turlar.az [newsid: 0-123300]

DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR
Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi
DÇ-2026: Avstriya İordaniyanı məğlub etdi
Metroda dəhşətli anlar - Azyaşlı uşaq yıxıldı
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb
İçərisində 189 nəfər olan təyyarə qəza siqnalından sonra radardan itdi
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
"Qarabağ" İstanbul nəhəngi ilə qarşılaşa bilər
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Bakıda sürücü sükan arxasında öldü