Bakıda mal ətinin qiyməti 23 manat oldu - Azərbaycanda niyə heyvan sayı azalıb?

Bakıda mal ətinin qiyməti 23 manat oldu - Azərbaycanda niyə heyvan sayı azalıb?Xəbər verdiyimiz kimi Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. Sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb.
Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər.
İqtisadçı Asif İbrahimov azxeber.com-a açıqlamasında deyib ki, mal ətinin qiymətinin bahalaşması artıq sıradan qiymət artımı kimi qiymətləndirilməməlidir:
Bakıda mal ətinin qiyməti 23 manat oldu - Azərbaycanda niyə heyvan sayı azalıb?"Bakıda sümüksüz mal ətinin qiymətinin bahalaşması artıq sıradan qiymət artımı kimi qiymətləndirilməməlidir. Sümüklü mal ətinin 18-19 manata, sümüksüz quzu ətinin isə 23 manat səviyyəsinə yüksəlməsi vətəndaşın gündəlik xərclərinə birbaşa təsir edən ciddi iqtisadi problemdir.
Bu bahalaşmanı yalnız mövsümi amillərlə, tələbin artması, heyvanların azalması kimi ifadələrlə dolandıra-dolandıra izah etmək artıq problemin özünü deyil, nəticəsini söyləməkdir. Bizdə birinci növbədə bir sual verilməlidir: niyə heyvanların sayı azalıb?
Niyə heyvandarlıq kifayət qədər gəlirli sahəyə çevrilə bilmir? Niyə daxili istehsal ölkə əhalisinin tələbatını qarşılaya bilmir? Heyvan sayının azalması özündə daha dərin problemlərin əks-sədasıdır. Yəni, bu heyvanlar boş yerə azalmayıb. Burada, əgər bir problem varsa, uzun illərdir buna gətirib çıxaran xroniki xəstəliklər var və onları aradan qaldırmalıyıq".
O qeyd edib ki, əhalinin ət almağa gücü çatmır:
"Əgər dövlət qurumları illərdir heyvandarlığa subsidiyalar, güzəştlər tətbiq edirlər, müxtəlif dəstək proqramları həyata keçirirlər, amma nəticədə vətəndaş gedib daha baha qiymətə ət alırsa, burada siyasətin effektivliyinə sual verilməlidir. Bu boyda subsidiya ayırdınız, müxtəlif proqramlar həyata keçirdiniz, xaricdə və ölkə daxilində təhsil almış mütəxəssisləri, məmurları cəlb etdiniz. Bəs bunların axırı nə oldu? Subsidiyaların verilməsi özü nəticə deyil. Nəticə istehsalın artmasıdır, məhsul bolluğunun təmin edilməsidir, maya dəyərinin aşağı salınmasıdır və istehlakçının daha münasib qiymətə məhsul əldə etməsidir. FAO-nun verdiyi məlumata görə, hər bir insan ildə 76-78 kiloqram ət qəbul etməlidir. Azərbaycan əhalisi 2024-cü ildə 40 kiloqram ət istehlak edirdi, hər vətəndaşa düşən göstərici bu idi. Amma 2025-ci ildə gəlib 35-36 kiloqrama düşüb. Bu da o deməkdir ki, artıq insanların büdcəsi buna imkan vermir. Yəni, Azərbaycanda hamı vegetarian deyil".
İqtisadçı qeyd edib ki, əsas problemlərdən biri də yem bazasıdır:
"Əsas problemlərdən biri də yem bazasıdır. Arpa, qarğıdalı, ot, saman və yem əlavələrinin qiymətinin yüksəlməsi birbaşa heyvanın yetişdirilməsinin maya dəyərini artırır. Fermer daha baha yem alırsa, heyvanı ucuz qiymətə satmağa maraqlı olmayacaq. Təbii ki, ətin qiymətinin formalaşmasında xərclər böyük əhəmiyyət kəsb edir. Nəticədə diri heyvanın qiyməti yüksələcək və bu artım son mərhələdə artıq kəsilmiş ətin qiymətinə də təsir edəcək".
O qeyd edib ki, ətin bahalaşmasının kökündə fermerin istehsal xərcləri ən birinci məsələlərdən biri kimi dayanır:
"Təbii ki, ətin bahalaşmasının kökündə fermerin istehsal xərcləri ən birinci məsələlərdən biri kimi dayanır. Lakin məsələ yalnız yemlə məhdudlaşmamalıdır. Daha ciddi problem Azərbaycanda bütün sahələrdə olduğu kimi, bu sahədə də məhsuldarlığın aşağı olmasıdır. Biz yalnız "ölkədə neçə baş mal-qara var?" sualını müzakirə etməməliyik. Əsas sualımız və yanaşmamız bundan ibarət olmalıdır ki, bir baş heyvandan nə qədər ət əldə edilməlidir. Yəni, bu normativlər tətbiq olunmalıdır. Damazlıq bazası zəifdirsə, intensiv bəsləmə həyata keçirilməyibsə və bir kiloqram ətin istehsalına həddindən artıq resurs sərf olunursa, heyvanların sayı artsa belə, ətin ucuzlaşması mümkün deyil. Müasir heyvandarlıqda da əsas göstərici heyvanların sayı deyil. Məhsuldarlıq və maya dəyəri ön plana çıxarılır. 
Burada dövlətin apardığı siyasətin nəticəliliyi də ciddi şəkildə qiymətləndirilməlidir. Yəni, dövlət dəstəyi artırılırsa, istehsalın maya dəyəri aşağı düşmürsə, məhsuldarlıq yüksəlmirsə və istehsalçı da qiyməti artırmağa davam edirsə, deməli, tətbiq olunan mexanizmlərin səmərəliliyində problem var. Vergi ödəyicisinin vəsaiti hesabına ayrılan subsidiyanın nəticəsi yalnız fermerə ödəniş etmək deyil. Bazarda daha çox və daha əlçatan məhsul yaradılmalıdır".
Heyvandarlıq və aqrar sahədə fəaliyyət göstərənlərin fəaliyyətlərinə də KPI-lər tətbiq olunmalıdır. Bu KPI-lər də belə olmalıdır ki, bu sahədə göstəricilər yaxşılaşırsa, mükafat verilir. Amma öz öhdəliklərini və sənə tapşırılan sahə üzrə fəaliyyətini həyata keçirə bilmirsənsə, konkret olaraq məsuliyyət daşımalısan.
Bu 23 manatlıq ət qiymətini yalnız fermerin xərcləri ilə izah etməməliyik. Fermərdən istehlakçıya qədər uzun bir qiymət zənciri formalaşır. Fermerdən başlayaraq heyvan alverçisi, kəsim məntəqəsi, topdan satış, logistika, pərakəndə satış, hətta qida təhlükəsizliyi ilə bağlı mərhələlər – hamısı üst-üstə gələndə nəticədə ətin qiyməti 23 manata çatır. Yəni, ümumilikdə onu demək istəyirəm ki, fəaliyyətimiz nəticəsində konkret olaraq maya dəyəri artıqdır və maya dəyəri yüksək olanda, yekun qiymətə də öz təsirini göstərir",-deyə iqtisadçı vurğulayıb.
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 03 sentyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı

Türkiyənin dəri gödəkçə, ayaqqabı və çanta kateqoriyalarında bazar lideri olan Derimod 50 ildən artıq brend tarixini və pərakəndə satış təcrübəsini beynəlxalq böyümə strategiyasına daşıyır. "Vision 2030" strategiyas

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

Dövlət bankı Azər Türk Bank Alman–Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv "Platinum"

Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı

"City Garden Narimanov" yaşayış kompleksində tikintisi davam edən mənzillər üçün satış şərtləri yenilənib. Bakının Nərimanov rayonunda, şəhərin əsas nəqliyyat və kommunikasiya xətlərinə yaxın ərazidə inşa oluna

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib

Qafqazın ilk inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir, "Istanbul Fintech Week" (İstanbul Fintex Həftəsi) beynəlxalq tədbirində milli rəqəmsal maliyyə xidmətlərinin inkişaf strategiyasın

Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama

Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə müəyyən edilən yeni xidmət haqqı tariflərinin vətəndaşlara aid olub-olmaması məsələsi müzakirə yaradıb. Məsələnin aktuallığını nəzərə alaraq Mərkəzi Bankla (AMB

Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Ölkənin birinci bankı Kapital Bank Bakı Fond Birjasında 50 milyon manat həcmində istiqrazlarını qapalı yerləşdirmə üsulu ilə xarici institusional investora təqdim edərək vəsait cəlb edib. Bu, Kapital Bankın milli valyutad

Bir-dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin

Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi "Biznesdə birlikdə" layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir. Layih


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər azərbaycanda cəbhədən şad xəbər cəbhədən son məlumatlar cebheden xeber