Bakıda marketdə saxta spirtli içkilər aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlayıb.
Bu barədə azxeber.com-a AQTA-dan bildirilib.
Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 33 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rzayev Daşqın Sabir oğluna məxsus "025" marketdə Agentlik əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı aşkar saxtalaşdırma əlamətləri olan, qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində etiket məlumatları olmayan ümumilikdə 16 ədəd − 2 ədəd 1 litrlik "Chivas Regal" əmtəə nişanlı viski, 2 ədəd 0.5 litrlik və 1 ədəd 1 litrlik "Absolut" əmtəə nişanlı vodka, 11 ədəd 0.5 litrlik "Organik Line" əmtəə nişanlı − spirtli içki aşkar edilib.
Belə ki, içkilərin bir qismində qablaşdırılmada istifadə olunan falqanın və aksiz markanın kustar üsulla sonradan yapışdırıldığı, qaimə və qida təhlükəsizliyinə dair rəsmi sənədlərinin mövcud olmadığı müəyyən edilib. Müayinələrin aparılması məqsədilə sözügedən məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Aşkar olunmuş alkaqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxardılıb. Araşdırmalar davam etdirilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var