Bakıda marşrut avtobusu YANDI
"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində avtobus yanıb.
Bu barədə KONKRET.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, yanvarın 18-də axşam 21:10 radələrində "Manella" MMC-nin istismarında olan 163 nömrəli müntəzəm marşrut xətti üzrə 77-JA-185 DQN-lı sərnişin avtobusunda yanğın olub.
Yanğın nəqliyyat vasitəsinin mühərrik hissəsindəki qısaqapanma nəticəsində əmələ gəlib.
Qeyd olunub ki, agentliyin əməkdaşları dərhal yanğınsöndürmə vasitələrindən istifadə etməklə alovun qarşısını alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Qısa vaxtda yanğın tam söndürülüb.
Məlumata görə, hadisə nəticəsində hər hansı bir xəsarət alan olmayıb. Yanğın hadisəsi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətinə təsir etməyib, müntəzəm marşrut xətləri üzrə avtobusların qrafikə uyğun hərəkəti təmin edilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır