Bakıda məktəbdə şagirdlər arasında dava - Qurumdan rəsmi reaksiya
53 nömrəli tam orta məktəbdə şagirdlər arasında dava düşüb.
Dava 7-ci sinif şagirdləri arasında baş verib. Belə ki, şagirdə sinif yoldaşları tərəfindən başına ağır zərbələr vurulmaqla xəsarətlər yetirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 53 nömrəli tam orta məktəbdə qısnamaya məruz qaldığı iddia olunan uşaq 2023-cü ilin sentyabrından VII sinfin şagird kontingentinə daxil olub:
"Uşaqlar arasında mübahisə yaranması ilə bağlı məsələ məktəb rəhbərliyinin nəzarətindədir. Uşağın nənəsinin müraciətləri nəzərə alınaraq, dərs ilinin əvvəlində direktorun iştirakı ilə həmin sinfin valideyn iclası da çağırılıb. İclasda sinifdə ciddi problem olmadığı və şagirdin sinfə adaptasiya baxımından çətinlik yaşadığı məlum olub. Bundan sonra şagirdə məktəb psixoloqu və müəllimlərin dəstək tədbirləri artırılıb. Sinif rəhbəri də 2023-cü ilin noyabr ayında daha təcrübəli müəllimlə əvəz edilib.
Onu da qeyd edək ki, məktəb "Məktəblinin dostu" və "Şagird davranış qaydaları" layihələrinə qoşulub. Məktəbdə sağlam təhsil mühitinin qorunması üçün hər iki layihə çərçivəsində müvafiq tədbirlər həyata keçirilməkdədir". / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR