Bakıda məşhur şirkətin lifti qırılıb: "166" xidmətinin əməkdaşları xəsarət alıb
Bakıda məşhur şirkətin anbarında lift qırılıb və "166" yükdaşıma xidmətinin əməkdaşları xəsarət alıb.
KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə mebel istehsalı iləməşğul olan "İM" MMC-nin (Mutfakçı Azərbaycan) Nərimanov rayonu, 44B ünvanında yerləşən anbarında baş verib.
Aparılan araşdırma zamanı məlum olub ki, "İM" MMC-nin hazır list kimi satdığı 17 ədəd mətbəx mebelinin hissələrinin Badamdar qəsəbəsinə daşınması üçün "166" yükdaşıma xidmətinin 2 nəfər əməkdaşı (sürücü və fəhlə) Nərimanov rayonu, 44B ünvanında yerləşən anbara gedib. Onlar həmin materialları yarızirzəmi hissədə yerləşən anbardan yükləri qaldırmaq üçün nəzərdə tutulmuş yük qaldırıcı lift vasitəsilə təxminən 1.5 metr hündürlükdə qaldırılıb avtomobilə yüklənməli imişlər. Yükdaşıma xidmətinin əməkdaşları anbara keçib, hər biri 50 kiloqram olan 17 ədəd listi yükqaldırıcıya yığaraq qaldırıb. 17 ədəd "MDF dik"lər təxminən 2 metr qaldırılıb yük avtomobilinə yüklənməli imişlər.
Xidmətin Emin və Tahir adlı əməkdaşı qaldırıcının üzərinə çıxıb "MDF dik"ləri sayarkən anidən qaldırıcı lift qırılaraq, yerə çırpılıb. Hər ikisi ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Aparılan araşdırma zamanı o da məlum olub ki, "İM" MMC-nin istehsalat sahəsindəki qaldırıcı lift burazısının üzərində olan sıxaclar normativ texniki tələblərə cavab vermədiyindən hadisə baş verib. "İM" MMC-də texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması faktı aşkar edilib.
Məhkəmənin qərarı ilə "İM" MMC İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, "Mutfakçı Azərbaycan"ın rəhbəri İlkin Manafovdur.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi