"Bakıda meyvə-tərəvəz qiymətləri ucuzlaşmaq yerinə bahalaşır' - Deputat etiraz etdi

Yay mövsümündə cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri meyvə-tərəvəzin qiymətidir. 
Alıcılar meyvə-tərəvəz qiymətində artım müşahidə etdiklərini söyləyirlər. Eyni zamanda Azərbaycanda son vaxtlar şəkər tozunun qiymətində də artım hiss olunur. Bildirib ki, şəkər tozunun qıtlığı mövsümü amillərlə bağlıdır. 
Son zamanlar meyvə-tərəvəzin, ərzaq məhsullarının qiymətinin artması cəmiyyətdə narazılıqlara səbəb olub. 
Bəs qiymətlərin artmasının əsl səbəbi nədir?
Bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev azxeber.com-a açıqlama verib.
Tahir Rzayev ərzaq məhsullarının, eləcə də meyvə və tərəvəzin süni şəkildə qiymətinin artırılmasının əleyhinə olduğunu söyləyir:
"Süni qiymət artımı gələcək üçün heç də yaxşı nəsə vəd etmir. Ancaq bu gün bir çox ərzaq qiymətlərinin bahalaşması dünyada baş verən bir prosesdir. Xarici ölkələrlə ticarət əlaqələri qururuqsa, onlarda qiymətin artması Azərbaycan bazarına öz təsirini göstərməyə bilməz. Bəzi işbazlar bundan sui-istifadə edirlər. Bu il məhsuldar oldu, meyvə və tərəvəz bolluğu var. Buna baxmayaraq, qiymətlər azalmaq əvəzinə bahalaşır. Bir çox işbazlar bazarda öz monopoliyaların möhkəmləndiriblər. Düşünürəm ki, bazara nəzarət gücləndirilməli, müəyyən insanların monopoliyasından çıxarılmalıdır. Hər bir sahibkar bazara çıxış imkanları əldə etməlidir". 
Millət vəkilini sözlərinə görə, hazırda rayonlarda meyvə və tərəvəz məhsullarının qiyməti şəhərə nisbətən xeyli aşağıdır:
"Sahibkar öz məhsulunu şəhərə gətirə bilmir. Uzaq yol qət etmək üçün imkanı yoxdur. Gətirdiyi halda da şəhərdə müəyyən maneələrlə qarşılaşır. Bazara çıxa bilmir, çıxsa da müəyyən təsirlərə məruz qalır. Məhsulunu yolda, yaşadığı ərazidə ucuz qiymətə satmağa  məcbur olur. Hesab edirəm ki, şirkətlər, müvafiq orqanlar tədarük idarələrəni yaratmalıdır.  Məhsullar tədarük olunub, saxlanılmalıdır. Lazım olduğu halda bazara çıxarılmalıdır, həm də vətəndaşlara ucuz qiymətə satılmalıdır. Əvvəllər belə tədarük kontorları olub. Müqavilələr bağlayaraq, məhsullar qorunub-saxlanır, istənilən vaxt bazara çıxarılırdı. Təəssüf ki, indi bu həyata keçirilmir".
Deputat şəkərin qiymətinin bahalaşmasına da münasibət bildirib: 
"Şəkərin qiymətinin artırılması ilə bağlı söz-söhbətlər gəzir. Bunun səbəbləri öyrənilməlidir. İnsanları məlumatlandırmaq lazımdır. Müvafiq orqanların rəhbərlər bununla bağlı izahat verməlidirlər.
Bildirməlidirlər ki, əgər dünya bazarında şəkərin qiyməti artıbsa,  bizdə də o səbəbdən qiymət qalxıb.
Səbəbləri bilmədikləri üçün cəmiyyətdə  söz-söhbətlər gəzir, narazılıqlar yaranır. Bu isə heç də yaxşı hal deyil".
Şəbnəm Zahir

İqtisadiyyat       Tarix: 20 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xeber havanın temperaturu bu gune olan xeberler cəbhədən son görüntülər