Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydanda

Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydanda2025-ci ilin ilk beş ayında Rusiyadan Azərbaycana gələn turistlərin sayı 241 min nəfəri keçib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalma deməkdir. Eyni tendensiya Türkiyə və İrandan gələn turistlərdə də müşahidə olunur. Bu vəziyyət, əsasən, beynəlxalq gərginliklər və geosiyasi amillər ilə əlaqələndirilir.
Rusiya ilə mövcud siyasi-iqtisadi münasibətlər fonunda bu azalma tendensiyası davam edə bilərmi? Eyni zamanda, Azərbaycandan Rusiyaya gedən turistlərin sayında necə bir dinamika müşahidə olunur?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, Azərbaycana, əsasən qonşu ölkələrdən – Rusiya, Türkiyə, İran və Gürcüstandan turist axını olurdu:
"Artıq bir neçə ildir ki, quru sərhədlər bağlıdır və bu səbəbdən həmin istiqamətlərdən gələnlərin sayı hələ də 2019-cu ilin göstəriciləri ilə müqayisədə tam bərpa olunmayıb. Statistikaya əsasən, ölkəyə gələn turistlərin ümumi sayında müəyyən azalma qeydə alınır. Bunun bir sıra geosiyasi səbəbləri var: regionda baş verən hadisələr, gərginliklər, ölkələrarası münaqişələr və digər amillər turist axınına mənfi təsir göstərib".
Ekspert qeyd edib ki,  yeni, birbaşa reyslərin açılması ilə əlaqədar Türkiyədən gələn turistlərin sayında artım gözlənilir:
"Lakin İranda baş verən hadisələrə görə bazar hələ tam stabilləşməyib. İyunun 16-dan etibarən İrandan Azərbaycana birbaşa reyslərin açılması və müntəzəm uçuşların həyata keçirilməsi planlaşdırılırdı. Bu çərçivədə, Tehran və Bakı, həmçinin Təbriz və Bakı arasında həftədə 4 və 2 dəfə olmaqla birbaşa reyslərin reallaşdırılması nəzərdə tutulurdu. İran və İsrail arasındakı münaqişə nəticəsində bu məsələ təxirə salındı. Bir müddət hava məkanları da bağlandı. Bunlar, əlbəttə ki, Azərbaycana gələn turistlərin sayına mənfi təsir göstərdi".
C.Aşurov əlavə edib ki, turizm bazarının bərpası üçün siyasi və iqtisadi sabitlik mütləq şərtdir:
"Bu, yalnız həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayına deyil, eyni zamanda vətəndaşlarımızın da səfərlərinə təsir göstərir. Əvvəlki illərdə yay mövsümündə Moskvadan Bakıya daha çox turist gəlirdi, onlar, xüsusən də dənizkənarı ərazilərdə istirahət edirdilər. Lakin bu il Rusiyadan gələn turistlərin sayında nisbətən azalma müşahidə olunur. Yay fəslinin bitməyinə az müddət qalıb və iki ölkdə arasındakı gərginlik belə davam etdiyi halda, turist axınındakı tendensiya eyni qaydada irəliləyəcək. Dünyada baş verən hadisələr, müharibələr, siyasi gərginliklər turistlərin səyahət qərarlarına və ya hansı bazarı seçmələrinə ciddi təsir edir. İnsanlar bu məsələdə çox həssasdırlar və daha təhlükəsiz, stabil regionlara səfər etməyi üstün tuturlar. Yaxın gələcəkdə Azərbaycanda sabit bazar şəraitinin təmin edilməsi ilə yeni reyslərin açılması və təzə bazarlara fokuslanma sayəsində bu sahəni bərpa etməyə müvəffəq olacağıq".

Siyasi       Tarix: 21 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta məzənnələri sonxəbər cəbhədən xəbər en sonxeber