Bakıda narkotik satışı ilə məşğul olan dəstə üzvləri saxlanıldı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Baş İdarəyə Ceyhun adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub.
Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abışov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 5 qram narkotik vasitə olan heroin və 102,303 qram psixortop maddə metamfetamin aşkar edilib.
C.Abışov ifadəsində qeyd edib ki, narkotik vasitələri Əmir adlı şəxsdən satmaq niyyəti ilə əldə edib. Əməliyyat tədbirlərinin davamı olaraq ona narkotik vasitələri satan paytaxt sakini Əmir Babayev də tutulub. Onun idarə etdiyi "Mersedes "markalı avtomobilə baxış zamanı külli miqdarda narkotik vasitələr - 1 kiloqram 910 qram tiryək, 30,282 qram heroin və 1 kiloqram 15 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. C.Abışov və Ə.Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirəri seçilib əməliyyat tədbirləri davam etdirilir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR