Bakıda nazir müavini qəzaya düşdü - VİDEO
Dünən Nəsimi rayonu ərazisində - "Yeganə" şadlıq sarayının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
azxeber.com Bakupost.az-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən 90-FH-005 nömrə nişanlı "BMW" markalı avtomobil "Hundai Santafe" markalı avtomobilə çırpılıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verdikdən dərhal sonra "BMW"dəki sərnişin başqa avtomobilə əyləşərək ərazini tərk edib.
Qəzanı törədən sürücü avtomobilin nazir müavininə məxsus olduğunu, yüksək çinli məmura xidmət etdiyini, buna görə də bütün hallarda günahkar sayılmayacağını deyib. Daha sonra o, yol polisi ilə danışıb. "Santafe"nin sahibi əraziyə yol polislərini dəvət etsə də, gələn olmayıb.
Bir qədər sonra yol polisi əvəzinə Post Patrul Xidmətinin əməkdaşları təşrif buyurublar.
Onlar avtomobilləri kənara çəkərək, yolu təmizləməyi göstəriş veriblər.
Zərərçəkən sürücü etiraz etdikdə, ona bildirilib ki, ərazidə kamera var və sabah (bu gün - red.) təqsirin kimdə olduğu kameralara baxılıb müəyyənləşdiriləcək.
Məlum olub ki, 90-FH-005 nömrə nişanlı "BMW" fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin xidməti avtomobilidir.
Avtomobili etibarnamə ilə Cəlilov Azad Eynulla oğlu idarə edir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var