Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama

Bakıda Xəbər verdiyimiz kimi, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Belarusun "Dinamo" (Minsk) klubuna 2:4 hesabı ilə uduzub.
KONKRET.azxəbər verir ki, görüşdə "ağ-qaralar"ın qapısına iki qol (36 və 57-ci dəqiqələrdə) vuran və bir məhsuldar ötürmə müəllifi olan erməniəsilli futbolçu Karen Vardanyan matçdan sonra Teleqraf-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
– Bakıdakı ilk oyunda 0:2 hesabı ilə geriyə düşsəniz də, geridönüş edib qalib gələ bildiniz. Belə bir başlanğıcı gözləyirdiniz?
– Əlbəttə ki, yox. Oyuna istədiyimiz kimi başlaya bilmədik. Amma özümüzdə güc tapıb matçın gedişatını dəyişə bildik və hər şey yaxşı alındı.
– Bu oyunu avrokuboklardakı ən yaxşı matçınız hesab etmək olar?
– Bəli, demək olar belədir. İki qol vurub bir məhsuldar ötürmə edə bildim. Bakı bu baxımdan yaddaşımda qalacaq. Bu, Konfrans Liqasında çox vacib oyun idi. Rəqibin kim olması və oyunun harada keçirilməsi mənim üçün o qədər də əhəmiyyət daşımır. Önəmli olan komandamın qalib gəlib növbəti mərhələyə keçməyidir.
– Komandalar bu matçda bir-birinin oyun stili ilə tanış oldu, cavab oyunundan gözləntiləriniz nədir?
– Ümid edirəm ki, cavab oyunu da "Dinamo"nun qalibiyyəti ilə yekunlaşacaq. Het-trik edib-edə bilməyəcəyimdən əmin deyiləm, amma qol vurmağa çalışacağam.
– Cavab qarşılaşması neytral meydanda keçiriləcək. Oyuna necə hazırlaşacaqsınız?
– Bu, hələ tərəflərin ilk oyunu idi. Nə baş verəcəyini əvvəlcədən heç kim deyə bilməz. Biz əlimizdən gələni edəcəyik, sona qədər mübarizə aparacağıq və növbəti mərhələyə yüksələcəyimizə ümid edirik.
– "Neftçi" haqqında nə düşünürsünüz, cavab oyununda geridönüş edə bilərmi?
– "Neftçi" yaxşı komandadır. Heyətində çox yaxşı futbolçular var. Heç bir halda arxayınlaşmaq olmaz. Var gücümüzlə mübarizə aparacağıq, çünki hələ mərhələni keçməmişik.

İdman       Tarix: 24 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber krimnal bugun son.xeber cəbhədən son dəqiqə