Bakıda olay: 'Arvadı ilə münasibətimi bildi, bunu qəbul etdi...' - Şok təfərrüat

Bakıda olay: 'Arvadı ilə münasibətimi bildi, bunu qəbul etdi...' - Şok təfərrüatBakının Xətai rayonunda 1962-ci il təvəllüdlü Əsəd qısqanclıq zəminində tanışı Vasifə (adlar şərti verilib - red.) xəsarət yetirib.
azxeber.com teleqraf.com-a istinadən xəbər verir ki, Əsəd rəsmi arvadı, lakin faktiki ər-arvad kimi yaşamadığı Südabənin onun tanışı Vasiflə yaxın münasibətdə olduğunu öyrənib. Vasifin yaşadığı binanın qarşısına gələrək onu gözləyib.
Vasif həmin vaxt yaşadığı ünvandan gedərkən onu izləyib. Yolda özündə olan bıçaqla Vasifə xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Vasifi tanıyır, əvvəllər onunla heç bir ədavəti və düşmənçiliyi olmayıb:
"Südabə ilə 2010-cu ildə evlənmişəm, birgə nikahdan 2 azyaşlı övladımız var. Vasiflə münasibətim yaxşı olduğundan evimə tez-tez gəlib-gedib. Bir müddət sonra Vasifin arvadımla münasibət saxlamasından şübhələnməyə başladım".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra arvadı Südabənin telefonunda Vasiflə yazışmalarını görüb və Südabənin ona xəyanət etdiyini başa düşüb:
"Bu barədə Südabəyə dedim. Əvvəlcə etiraf etmədi, heç bir münasibətlərinin olmadığını söylədi. Təkidlərimdən sonra Vasifi sevdiyini dedi.
Südabə tez-tez müxtəlif bəhanələrlə evdən gedərək Vasiflə görüşüb. Vasiflə danışanda dedim ki, Südabədən əl çək. Amma o, sözlərimə məhəl qoymadı".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü il yanvar ayının əvvəllərində arvadı Südabənin mobil telefonunda yenidən mesajları görüb və əsəbləşərək onu döyüb:
"Südabə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə şikayət etdi. Lakin sonradan barışıq ərizə yazdı. Şikayətə görə qanunsuz olaraq 8 yanvar 2023-cü ildə narkotik vasitələrdən istifadə etməyimlə bağlı Xətai Rayon Məhkəməsinin qərarı ilə mənə 15 gün inzibati həbs cəzası verildi".
Əsəd bildirib ki, yanvarın 23-də inzibati həbsdən çıxdıqdan sonra evə gəlib:
"Yenə Südabə ilə danışdım, sərbəst həyat yaşamaq istəyirsə, boşanmağı təklif etdim.
Bir müddət sonra o, uşaqları da götürərək məndən ayrı yaşamağa başladı. Südabənin Vasiflə münasibətinin davam etdiyini başa düşdüm".
Əsəd deyib ki, iyulun 13-də yaşadığı evdən mətbəx bıçağı götürüb, şalvarının sağ tərəfinə qoyaraq evdən çıxıb:
"Həmin tarixdə saat 18 radələrində Vasifin yaşadığı Xətai rayonu, G.Şıxlinski küçəsindəki binanın qarşısına gəldim. Vasifin məni tanımaması üçün kənarda dayandım və ağzıma qara rəngli tibbi maska geyindim.
Təxminən 15 dəqiqə sonra saat 19.00-da radələrində Vasifin yaşadığı binada blokdan çıxdığını gördüm. O, blokdan çıxaraq mənə tərəf yox, əks tərəfdə, yuxarıya doğru getməyə başladı. Onun arxasınca getməyə başladım.
Arxadan yaxınlaşdım. Əlimdə olan bıçaqla sağ bel nahiyəsindən 1 dəfə vurdum. Zərbənin təsirindən qışqıraraq məndən kənarlaşdı. Bu zaman ağzımda olan tibbi maskanı aşağı çəkərək özümü göstərdim.
Peşman olduğumu desəm, namusuma və qeyrətimə zidd olar. Polisə özüm təslim olmuşam. Bıçağı həmişə üstümdə gəzirməmişəm, həmin gün götürmüşəm. Spirtli içki də içməmişdim.
Südabə özü Vasiflə münasibəti olduğunu etiraf etmişdi. Xəyanətə görə onu döymüşəm. Məni Vasif və dostları döysə də, onlar barəsində cinayət işi başlanmadı. Vasifə cəmi 1 bıçaq zərbəsi vurmuşam".
İş üzrə zərərçəkmiş Vasifin sözlərinə görə, Əsəd əvvəllər onun yaşadığı məhəllədə qalıb: "Məni qonşu kimi yaşadığı evə çay içməyə dəvət etdi. Dəvəti qəbul edib onun evinə getdim. Sonra bir neçə dəfə də Əsədin evində oldumm.
Əsəd həm narkotik vasitələrdən istifadə edir, həm də satırdı. Mən narkotik vasitələrindən istifadə etdiyimdən Əsədin evinə narkotik üçün getmişəm. Hazırda reabilitasiya mərkəzində müalicə alıram. Əsədin evinə gedəndə arvadı Südabə ilə də tanış oldum.
Əsədgilin evində həmişə narkotik vasitə istifadəçilərini görürdüm. Bir neçə dəfə Əsədə iradımı bildirdim, ailəsi yaşadığı evə çoxlu adam gətirməməli olduğunu dedim.
Amma sözlərimə məhəl qoymadı. Südabə də mənə hər dəfə Əsədin onu incitməsindən, vəziyyətlərinin pis olmasından şikayətlənirdi".
Zərərçəkmiş qeyd edib ki, bir müddət sonra Südabə ilə münasibəti yaranıb: "Əsədin bizim münasibətlərimizdən məlumatı vardı. Onlar 4-5 dəfə kirayə yaşadıqları evləri dəyişirdirmişdilər. Əsədin hərəkətlərinə görə ev sahibləri onları evdən çıxarırdı.
Sonuncu dəfə Südabə uşaqlarla birlikdə binanın blokunda Əsəddən ayrı yaşamağa başladı. Buna görə televiziyadan gələrək onları çəkdilər.
Çəkilişdən sonra Südabəyə yardım göstərilməyə başlandı. O, uşaqlarla birlikdə ayrı evdə yaşamağa başladı. Əsəd yenə də tez-tez Südabəyə zəng edərək onu narahat edirdi. Mənim də Südabə ilə münasibətim davam etdi".
Vasif deyib ki, iyulun 13-də yaşadığı evdən çıxıb, 150-200 metr getdikdən sonra qəflətən belinin arxa sağ tərəfindən nəsə bir şeyin dəydiyini hiss edib:
"Mənim Südabə ilə münasibətimi Əsəd də bilib və bunu qəbul edib. Südabə ilə aramızda sevgi olub".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsəd 4 il müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 31 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeberler xəbər xeber az dunya xeberleri