Bakıda parkda tanışlar arasında dava -TƏFƏRRÜAT
Bakının Nərimanov rayonunda 1969-cu il təvəllüdlü Emin şəxsi münasibətlər zəminində tanışı Elməddinə xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə "Nəriman Nərimanov" adına istirahət parkında baş verib.
Emin heç bir əsaslı səbəb olmadan tanışı Elməddini ucadan nalayiq sözlərlə təhqir edib.
Bundan sonra aralarında yaranmış mübahisə zamanı Emin silah qismində istifadə etdiyi vintaçanla Eminin bir dəfə çənə, yumruqla isə üz və boyun nahiyyəsindən bir neçə dəfə zərbə vurub.
İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan olunub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki,Elməddini təxminən 5 ildir tanıyır, münasibətləri həmişə normal olub: "Hadisə günü Elməddinlə oğlum Qismətin kirayə yaşadığı Montin qəsəbəsində yerləşən evinə yığılaraq yeyib-spirtli içki qəbul etdik. Həmin evdə yeyib-içən zaman Elməddin sərxoş halda nəvəmin ünvanına söyüş söydüyü üçün aramızda mübahisəmiz yarandı. Həmin vaxt evdə heç bir davamız olmadı və Elməddin getdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün parkda gəzən zaman Elməddinin parkda oturduğunu görüb və nəvəsinin ünvanına söyüş söyməsinin səbəbini soruşub: "Bu zaman Elməddinlə aramızda yenə mübahisəmiz yarandı. Sərxoş olduğumdan əsəbilərimi cilovlaya bilmədim. Yumruqla Elməddinin çənə və sifət nahiyyəsindən vurdum. Əlim ilə onun boğazından tutdum. Həmin vaxt hadisəni görən polis əməkdaşları bizə yaxınlaşdılar. Polislər bizi 18-ci polis bölməsinə apardılar".
Bu cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 2 il müddətinə azadlıqdan məhrum edilib.
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır