Bakıda saç salonunun rəhbəri özünü jurnalist kimi təqdim etdi, cərimələndi
Nərimanov rayonunda xüsusi karantin qaydalarını pozan protez saç salonunun özünü jurnalist kimi təqdim edən rəhbəri cərimə edilib.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən protez saçların qoyulduğu salon aşkar edilib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı A.M.Cümə küçəsində yerləşən paytaxt sakini Məmmədov Ağa Mübariz oğluna məxsus "HDC Baku" mərkəzinin qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub.
Obyektə baxış zamanı oranın sahibi, işçiləri və 1 nəfər müştəri Polis Şöbəsinə gətiriliblər. Protez saç mərkəzinin rəhbəri Ağa Məmmədovun üzərinə baxış zamanı ondan jurnalist vəsiqəsi aşkar edilib. O, əvvəlcə bu vəsiqədən istifadə edərək məsuliyyətdən yayınmağa çalışsa da sonradan karantin qaydalarını pozduğunu etiraf edib.
Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və digər 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onlar inzibati qaydada 200 manat məbləğində cərimə ediliblər.

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU