Bakıda sənədsiz ev problemi: Kəskin qiymət artımı olacaq

Bakıda sənədsiz ev problemi: Kəskin qiymət artımı olacaqAzərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Belə ki, evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi, eləcə də qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına müvafiq maddədə nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.
Sözügedən dəyişiklik oktyabrın 1-də qəbul edilib. Mətbuatda yayılan məlumatlara görə, qərarın qəbulundan sonra Bakı ətrafı qəsəbələrdə və Abşeronda fərdi yaşayış evlərinin tikintisi dayandırılıb.
Ümumiyyətlə bu dəyişikliyin mənzil bazarında bahalaşmaya səbəb olacağı deyilir.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, sənədsiz evlərlə bağlı yeni qərar bu ilin oktyabrından əvvələ aid deyil:
"İndiyə qədər çıxarışı olmayan fərdi həyət evləri kommunikasiya xətləri ilə təmin olunub. Söhbət 2023-cü ilin oktyabr ayının 1-dən etibarən tikiləcək sənədsiz evlərdən gedir. Bu qərar ona hesablanıb ki, artıq vətəndaş məcbur qalıb belə evlər tikməsin. Yeri gəlmişkən sənədsiz evlər daha çox Bakı və Abşeron ərazisindədir".
E.Fərzəliyev sözügedən qərarın çıxarışlı evlərin qiymətini artıracağını söyləyib:
"Çıxarışsız evləri təxminən 25 min manatdan başlayan qiymətlərlə almaq mümkün idi. Fərdi həyət evləri almaq olurdu. Sənədsiz evlərlə bağlı yeni qərar birmənalı olaraq çıxarışlı torpaqların və əmlakların satış qiymətini artıracaq. Digər yandan belə çıxarışsız torpaqların satış qiymətində ciddi şəkildə azalma müşahidə olunacaq. Vətəndaş kommunal xidmətlərlə təchiz olunmayan evi almayacaq".
Bakıda sənədsiz ev problemi: Kəskin qiymət artımı olacaqEkspert ümumi olaraq mənzil bazarında qiymətlərin baha olduğunu vurğulayıb:
"Mənzil bazarında onsuz da qiymətlər illərdir ki, artan xətt üzrə inkişaf edir. Son üç ildə qiymətlərdə artım daha kəskindir. Bunun da bir sıra səbəbləri var. Tikinti üçün torpaq sahələrinin olmaması və ya məhdud olması, sənədləşdirmədə çətinliklər mənzil bazarında qiymət artımlarına səbəb olur".
Bakıda sənədsiz ev problemi: Kəskin qiymət artımı olacaqƏmlak eksperti Nüsrət İbrahimov da qərarın yeni tikiləcək evlərə aid olduğunu, lakin bunun mənzil bazarında qiymətlərə heç bir təsir göstərməyəcəyini söyləyib:
"İndiyə qədər sənədsiz tikilən evlərin hamısı artıq kommunal xidmətlərlə təchiz olunub. Sözügedən qərar yeni tikilən sənədsiz evlərə şamil olunacaq. Bu isə daha  sənədsiz binaların tikilməyəcəyinə əsas verir. Çünki vətəndaş başa düşəcək ki, sənədsiz ev tiksə, heç bir kommunal xidmətlə onu təchiz edə bilməyəcək. Mən bunun mənzil bazarında qiymətlərə elə də təsir edəcəyini düşnümürəm. Çünki sənədsiz evləri əsasən imkansız ailələr tikirlər. Çünki bu şəxslər açıq bazardan mənzil almaq iqtidarında deyillər. Onsuz da onlar bazar iştirakçıları deyillər və qiymət artımlarına təsir etməyəcək".

Sosial       Tarix: 22 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


son xeberler yeni xeberler azerbaycan xeberleri sosial yardim cəbhədən şad xəbər en son xeberler bu gun hava