Bakıda şirkətin 525 min manatı mənimsənildi - MƏHKƏMƏ
Bakıda şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər "İnteqral" QSC-nin ümumilikdə 525 min manatını mənimsəyiblər. Bildirilib ki, həmin şəxslər şirkətdə müxtəlif vəzifələrdə çalışıblar.
Daha sonra söz təqsirləndirilən şəxslərə verilib. O.Məmmədov, Z.Babayev, C.Cəbrayılov və M.Rəsulov elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Yalnız F.Xəlilzadə özünü qismən təqsirli bilib.
Məhkəmənin növbəti iclası avqustun 14-nə təyin edilib.//report

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu