Bakıda taksi sürücüsü voleybolçuya qarşı əxlaqsızlıq etdi
Bakıda legioner qadın idmançıya qarşı əxlaqsızlıq edilib.
azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl voleybol klublarından birinin üzvü, Qazaxıstan vətəndaşı A.M Yasamal Rayon Polis İdarəsinə müraciət edərək üzləşdiyi xuliqanlıq hadisəsi barədə məlumat verib.
Əcnəbi idmançı şikayətində "Bolt" tətbiqi vasitəsilə taksi sifariş etdiyini, 77 ** 144 dövlət nömrə nişanlı "Kia" markalı avtomobillə yola çıxdığını və sürücünün metronun "Nizami" stansiyası yaxınlığında ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib.
Avtomobildən düşəndən sonra polisə şikayət edən qazaxıstanlı idmançı həmin şəxsin tapılaraq cəzalandırılmasını xahiş edib.
Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin həyata keçirdiyi tədbirlərlə taksi sürücüsünün 1996-cı il təvəllüdlü C.Məmmədli olması müəyyən edilib. O, saxlanılaraq bölməyə aparılıb və törətdiyi hadisə ilə bağlı barəsində protokol tərtib edilib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücüyə 20 sutka inzibati həbs cəzası verilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi