Bakıda taksi üç piyadanı vurub - Ölən və yaralılar var
Bakının Səbail rayonunda ağır yol qəzası baş verib və bir nəfər ölüb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Salyan şosesinin Su İdmanı Sarayının qarşısına düşən hissəsində qeydə alınıb.
Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən biri kişi, ikisi qadın olmaqla üç nəfəri "Toyota Prius" markalı avtomobil vurub. Zərbənin təsirindən kişi hadisə yerində ölüb. İki qadının vəziyyəti ağır olduğundan onlar təcili yardım avtomobili ilə xəstəxanaya aparılıblar. Xəstəxanadan verilən məlumata görə, hər iki piyadanın vəziyyəti ağırdır.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər. "Toyota" markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olurmuş. Sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda avtotexniki ekspertiza təyin edilib. Avtoqəzanın dəqiq başvermə səbəbləri araşdırılır.
Ölən kişinin Türkiyə vətəndaşı olduğu bildirilir. Hazırda onun meyiti morqdadır və şəxsiyyəti müəyyənləşdirilir.
Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadınlardan birinin şəxsiyyəti müəyyənləşib.
O, 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızıdır. Digərinin kimliyi hələlik naməlum olaraq qalır. Verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən qadınların hər ikisi aqonal vəziyyətdədir.

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR