Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Paytaxt Bakının bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və bununla əlaqədar bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
azxeber.com xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır:
1. Xətai rayonu, Süleyman Vəzirov küçəsi ilə Babək prospektinin kəsişməsi, "City Park Mall" -un qarşısı;
2. Nərimanov rayonu, Akademik Həsən Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsi, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər olan hissə, hər iki istiqamətdə;
3. Nərimaov rayonu, Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin kəsişməsi, Əliyar Əliyev küçəsi istiqamətində təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq edilib.
Təmir işləri aparılan küçə və prospektlər:
1. Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
2. Binəqədi rayonu, Binəqədi şosesi və Baksol yolunun kəsişməsi, Binəqədi qəsəbəsi istiqamətində;
3. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi keçmiş "Şəki" restoranı dairəsi, "Nəriman Nərimanov" metro stansiyası istiqamətində;
5. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsi, hər iki istiqamətdə;
6. Binəqədi rayonu, Zəngəzur küçəsi ilə Binəqədi şosesinin kəsişməsində;
7. Yasamal rayonu, Dadaş Bünyadzadə və Məhəmməd Xiyabani küçələrinin kəsişməsində;
8. Binəqədi rayonu, Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində təmir işləri aparılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları bu səbəbdən yaranan nəqliyyat sıxlığının azaldılması və hərəkət intensivliyinin artırılması üçün yol polisi ilə birgə zəruri tədbirlər görür. Sürücülərə qeyd olunan küçə və prospektlərdə aparılan təmir işlərini əvvəlcədən nəzərə almaları və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə edilib.


Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA