Bakıda tramvay qayıdır: "İdeyanın özü yox, tıxacları azaldıb-azaltmayacağı vacibdir

Bakıda tramvay qayıdır: Xəbər verdiyimiz kimi, Bakıda tramvay nəqliyyatının bərpası istiqamətində konkret addımlar atılır. Mehdiabad qəsəbəsindən metronun "28 May" stansiyasına qədər uzanacaq tramvay xətti ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb və layihələndirmə işlərinə başlanılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın ötən il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxışı zamanı məlumat verib. O bildirib ki, tramvay xəttinin keçəcəyi marşrut nəzərə alınmaqla "Sea Breeze" ərazisində yolun en kəsiyinin forması da artıq razılaşdırılıb.
Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev azxeber.com-a açıqlamasında layihəni paytaxtda ictimai nəqliyyatın inteqrasiyasını gücləndirən strateji addım kimi dəyərləndirib:
"Tramvay xətti Bakının şimal qəsəbələri ilə şəhər mərkəzi arasında birbaşa və fasiləsiz nəqliyyat əlaqəsinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, təkcə yeni nəqliyyat xətti deyil, eyni zamanda ictimai nəqliyyatın inteqrasiyasını gücləndirən strateji addımdır. Xətt istifadəyə verildikdən sonra sərnişinlər üçün daha rahat, sürətli və planlı hərəkət imkanı yaranacaq, şəxsi avtomobildən asılılıq isə mərhələli şəkildə azalacaq. Layihənin əsas üstünlüklərindən biri də sərnişin mübadiləsinin düzgün qurulmasıdır".
Ekspert qeyd edib ki, bu dəhlizin fəaliyyətə başlaması gündəlik on minlərlə avtomobil səfərinin azalmasına səbəb ola bilər:
"Gələcəkdə M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikilməsi, eləcə də Azadlıq prospekti metro stansiyası ilə inteqrasiya tramvayla gələn sərnişinlərin səfərlərini metro və ya dəmir yolu ilə davam etdirməsinə imkan yaradacaq. Son dayanacaq kimi nəzərdə tutulan "28 May" nəqliyyat mübadilə mərkəzi isə müxtəlif istiqamətlər üzrə hərəkəti bir nöqtədə birləşdirərək şəhərdaxili və şəhərlərarası əlaqələri daha səmərəli edəcək. Bu dəhlizin fəaliyyətə başlaması nəticəsində tıxaclar azalacaq, yol hərəkəti rahatlaşacaq, vaxt itkisi və ekoloji çirklənmənin mənfi təsiri minimuma enəcək".
Adil Nəbiyev vurğulayıb ki, Bakıda əsas nəqliyyat sıxlığı mərkəzdaxili küçələrdə deyil, giriş-çıxış dəhlizlərində formalaşır:
"Layihələrin prioritetlərinin Bakının real nəqliyyat problemləri ilə nə dərəcədə uzlaşması əsas müzakirə mövzusudur. Şəhərdə ən ciddi sıxlıq mərkəzdə deyil, məhz əsas giriş və çıxış dəhlizlərində yaranır. Cənub istiqamətində Azneft meydanı ilə Bayraq meydanı arasında cəmi 4 kilometrlik məsafədə günün böyük hissəsində hərəkət demək olar ki, iflic olur. Eyni vəziyyət şimal istiqamətində Sulutəpə ilə 20 Yanvar ərazisi arasında – təxminən 6,5 kilometrlik hissədə müşahidə edilir".
Ekspertin sözlərinə görə, tramvay xəttinin harada və hansı məqsədlə salınması həlledici amildir:
"Əgər tramvay xətləri tıxacın nisbətən az olduğu mərkəzi hissələrdə qurularsa, bu, ümumi nəqliyyat yükünü azaltmaqda ciddi effekt verməyə bilər. Əksinə, əsas giriş-çıxış dəhlizlərini hədəfləyən, metro və avtobus xətləri ilə inteqrasiya olunan marşrutlar real rahatlıq yarada və şəxsi avtomobildən istifadənin azalmasına səbəb ola bilər. Nəticə etibarilə, tramvay ideyasının özü deyil, onun tətbiq məntiqi və düzgün marşrut seçimi həlledici rol oynayır. Bakı üçün əsas məqsəd simvolik layihələr deyil, gündəlik tıxacdan əziyyət çəkən minlərlə insanın problemini real şəkildə yüngülləşdirən həllər olmalıdır".
Şahanə Ziyad

Sosial       Tarix: 28 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabarlar cəbhədən son durum cəbhədən son xəbər ən son xəbərlər bugün