Bakıda transseksual "Porche"dən oğurluq etdi: "2012-ci ildə əməliyyat ilə qadın olmuşam
Bakıda "Porsche"dən oğurluq edən transseksuala hökm oxunub.
Hadisə ötən ilin martında baş verib. Küçədə dayanan "Porsche" avtomobilinin qapısının açıq qalmasından istifadə edən A.F. maşından "İphone 8+" markalı telefon və 1 500 manat pul oğurlayıb. A.F. barəsində cinayət işi başlanılıb. Lakin o, məhkəmə istintaqından qaçdığı üçün həbs edilib.
Məhkəmədə dindirilən zaman o, əməlindən peşman olduğunu deyib: "Cinsi azlıq nümayəndəsiyəm. 2012-ci ildə əməliyyat yolu ilə üzümdə dəyişiklik edərək qadın olmuşam. Daha çox "Neftçilər" metrosu tərəfdə duraraq mənə yaxınlaşan avtomobillərin sürücüləri ilə söhbət edirəm, istəyən olsa, həmin şəxslə cinsi münasibətdə oluram. 26 mart gecə saat 4-də yolda dayanan "Porsche"ni gördüm. Avtomobilin qapısının açıq olduğunu görüb saxlanc yerini axtardım. Oradan "İphone 8+" telefonu və pul qabının içərisindən 1 500 manat pulu götürərək qapını bağladım. Pulu yığılıb qalmış borclarıma xərclədim. Polis əməkdaşları məni saxlayarkən telefonu onlara verdim. Maddi ehtiyacdan oğurluq etmişəm".
Nizami Rayon Məhkəməsi A.F.-a 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verib. Belə ki, o saat 23:00-dan saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərini tərk etməməli, üzərində elektron nəzarət vasitəsi gəzdirməlidir.
///Kriminalqafqaz

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək