Bakıda Ukrayna səfirliyinin önündə aksiya: Misir Qasımlını azad edin
Qarabağ qaziləri Ukraynanın Bakıdakı səfirliyinin qarşısında Vətən müharibəsinin iştirakçısı Kiyevdə həbsdə saxlanılan Misir Qasımlının azadlığa buraxılması tələbi ilə aksiya keçirib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, aksiya zamanı səfirliyin qarşısında 12 metrlik Azərbaycan bayrağı açılıb, müxtəlif şüarlar səsləndirilib.
Bildirilib ki, M.Qasımlının səhhətində problemlər yaranıb. Aksiya iştirakçıları onun tez bir zamanda azad olunmasını tələb ediblər.
Qeyd olunub ki, artıq Türkiyə və Almaniyada yaşayan həmvətənlərimiz də Ukrayna səfirlikləri qarşısında etiraz aksiyası keçirmək üçün müraciətlər ediblər.
Aksiyada qazi M.Qasımlının anası Xalidə Qasımlı da iştirak edib. Qazinin anası aksiya iştirakçılarına təşəkkür edib. O, oğlunun tezliklə azadlığa buraxılmasını istəyib.
Xatırladaq ki, M.Qasımlı və digər Azərbaycan vətəndaşı Sübhan Quliyev Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıblar. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, yaxınlarının sözlərinə görə ittihamlar 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynanın paytaxtı Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir. Hər iki şəxs sentyabrın 5-dən aclıq aksiyasına başlayıb, onların səhhətində ciddi problemlər yaranıb.








Formula-1: ikinci sərbəst yürüş başladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib