Bakıda xadimənin iş adamının villasından oğurluğu: Pulun şəklini çəkdi, cinayəti ifşa etdi

Bakıda xadimənin iş adamının villasından oğurluğu: Pulun şəklini çəkdi, cinayəti ifşa etdiBakıda xadimə iş adamının evinin yataq otağındakı əl çantasından böyük məbləğdə pulu hissə-hissə oğurlayıb. 
"Qaynarinfo"nun məlumatına görə, Yeganə adlı qadın İlham adlı iş adamının Səbail rayonu, İçərişəhər, Asəf Zeynallı küçəsində yerləşən ikimərtəbəli və mansardlı evində xadimə işləyib. O, 2021-ci ilin aprel ayının əvvəllərindən başlayaraq 1 fevral 2022-ci il tarixə qədər evdə 500 manat əməkhaqqı ilə çalışıb.
İlham şəxsi biznesindən qazandığı pulları 50-100-lük dollar və avro şəklində müxtəlif məbləğdə tünd göy rəngli əl çantasına qoyaraq yataq otağında çarpayının yanında saxlayıb. Qadın evində təmizlik işlərini apararkən çarpayının yanında əl çantanın içərisində sayını bilmədiyi çox sayda 100-lük ABŞ dolları və avro pul əsginaslarını görüb, maddi vəziyyəti aşağı və Şəki rayonunda yaşayan oğlu Toğrulun xəstəliyi ilə bağlı pula ehtiyacı olduğundan hər 15-20 gündən bir çantadan 2-3 ədəd əsginas götürüb. 
Ev sahibi 7 dekabr 2021-ci ildə çantada olan dollar zərfini açdıqda içərisində 10 000 dollar olmalı olduğu halda, cəmi 5400 dollar olduğunu görüb. O, bununla bağlı həyat yoldaşı Aytəndən soruşub. Lakin xanımı pulu götürmədiyini deyib.
2022-ci ilin yanvar ayı ərzində o, zərfdə olan pulun yenə azalmasını müəyyən edib. Pandemiya dövrü olduğundan evinə qohum-əqrəbadan və ya tanışlarından heç kimin gəlib-getmədiyi, kənardan müdaxilə olunmadığı və evdə yad adamın yalnız Yeganə olduğu üçün ondan şübhələnməyə başlayıb.
25 yanvar 2022-ci ildə iş adamı xadimənin evə gələcəyini bildiyi üçün əl çantasındakı zərfin içərisinə 900 dollar qoyub. Yeganə evi təmizləyib getdikdən sonra zərfin içərisində 800 dollar qaldığını görərək, oğurluğun onun tərəfindən edildiyinə əmin olub.
Bundan sonra iş adamı Yeganənin etdiyi oğurluğu sübuta yetirmək üçün 26 yanvar 2022-ci ildə həmin zərfə əlavə olaraq 2 000 dollar qoyub ki, zərfin içərisində pul çox olsun. İlham həmin pulların fotosunu çəkib ki, əsginasların seriya nömrələri şəklə düşsün.
Bundan sonra hər gün zərfdə olan pulun miqdarı Yeganə evdən getmədən həyat yoldaşı Aytən tərəfindən yoxlanıb. Nəhayət, 1 fevral 2022-ci il tarixdə Yeganə yenə evə gəlib. Evin xanımı paltar ütülətmək bəhanəsi ilə onu ləngidərək, çantanın içərisindəki pulu sayıb. Məlum olub ki, puldan 200 dollar götürülüb. Dərhal bu barədə ərinə məlumat verib.
İş adamı oğurluqla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edib və polis əməkdaşları ilə birlikdə evə gəlib. Yeganə polislərlə söhbətində oğurluğu etiraf edib və həmin günü götürdüyü 200 dolları verib. 
Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. / azxeber.com

Sosial       Tarix: 19 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


son xeberler azerbaycan xeberleri yeni xeberler xabar az axsam az xeberler cəbhədən son xəbərlər 2026 xankendi